5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə Həmas arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspert bildirib ki, Vaşinqton İsrail əvvəlcə HƏMAS qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyini dəyişdi:

 

“Vaşinqton atəşkəsə və danışıqlara üstünlük verir. Entoni Blinken “The Washington Post” qəzetində yayımlanan məqaləsində mülki insanların qorunması zərurətini bildirib. Blinken Qəzzaya humanitar yardımların, tibbi ləvazimatların və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb.  Buna baxmayaraq, ABŞ-nin indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar vediyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Rouds “The New York Times” qəzetində yayımlanan məqaləsində Vaşinqtonun beynəlxalq hüquq və normalarına müxtəlif yanaşmasını yazıb. Əslində bunun adı “ikili standartlar”dır. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Vaşinqton illər uzunu Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, amma torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmədə”də ittiham etməyə başladılar”.

 

Ekspert qeyd edib ki, beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır:

 

“NBC News” televiziya kanalı rəsmi mənbələrə istinad edərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq ləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını hər zaman dəstəkləyir, ancaq eyni zamanda bu mübarizədə “qırmızı çizgilərin” aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netahyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil”.

 

E.Şahinoğlunun sözlərinə görə, Avropa İttifaqında da İsrailin siyasəti ilə bağlı narazılıq artıb:

 

“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.

 

Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir”.

 

Ekspert əlavə edib ki, Pekin bu məqsədlə beynəlxalq konfransın təşklinin vacib sayır:

 

“Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir. Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Misal üçün Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planın reallaşacağı problematikdir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərə pul kompensasiyaları veriləcək

Nazirlər Kabineti "Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və bird...

Minik və yük avtomobilləri toqquşdu: yaralılar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Kovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətənd...

Dövlət əmlaklarının qiymətləri tənzimlənməyəcək - YENİ QƏRAR

Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmət...

Zakir Həsənov Gürcüstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci ü...

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

ABŞ 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.   Sfera.az TASS-a istinadən xəbər verir...

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.   Sfera.az “Anadolu”ya istinadən xəbər ve...