Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı

Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluğa görə həbs edilən iş adamı Elçin Ağacanovun məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə E.Ağacanov Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilinib.

 

Araşdırmalar zamanı məlum olub ki, “Geocom” şirkətinin təsisçisi olan E.Ağacanov Bakıda tanınmış onkoloqlardan olan A.Quliyevanın (şərti soyadlı) etibarından istifadə edərək onun tanışını Dövlət Vergi Xidmətindəki vəzifəsinə bərpa edəcəyinə vəd verib. Bunun qarşılığında Elçin Ağacanov xanım həkimdən 26 600 manat alıb. Lakin o, vədinə əməl etməyərək pulları ələ keçirib. Pulunu ala bilməyən A.Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib və Elçin Ağacanov həbs edilib.

 

Barəsində cinayət işinin açılmasından və həbs edilməsindən sonra E.Ağacanov aldığı pulları geri qaytarıb.

 

Nərimanov Rayon Məhkəməsinin 1 dekabr tarixli hökmü ilə o, 6000 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elçin Ağacanov 2011-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı da dələduzluq ittihamı ilə saxlanılmışdı.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...