İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb.

 

Sfera.az xəbər verir ki, erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib.

 

Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil.

 

Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirləri əsas kimi göstərilib.

 

Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”.

 

Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb:

 

“Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”./Axar.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...