“Onlar əslində ən böyük zərəri ermənilərə vurdular” - Ərdoğan

Siyasət
21:00 / 20.11.2023
11703
“Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib.
“Erməni xalqı və onu idarə edənlər təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata çəkərək özlərinə qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular. Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları sülh əlini tutmağa dəvət edirəm”, - Ərdoğan əlavə edib.