VI İslam Həmrəylik Oyunlarına hazırlıq davam edir - FOTOLAR

VI İslam Həmrəylik Oyunlarına hazırlıq davam edir - FOTOLAR

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Təftiş Komitəsinin sədri Könül Nurullayevanın rəhbərliyi altında komitə üzvləri 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhər olan Ər-Riyadın Oyunlara hazırlıq səviyyəsinin texniki-iqtisadi qiymətləndirilməsini etmək məqsədilə 15-18 noyabr 2023-cü il tarixlərində sözügedən şəhərdə səfərdə olublar.

 

Sfera.az xəbər verir ki, səfərin əsas məqsədi şəhərin idman infrastrukturu ilə yaxından tanış olmaq, "Ər-Riyad 2025" rəsmiləri, eləcə də İHİF baş katibliyinin təmsilçiləri ilə görüşmək, ev sahibi şəhərlə imzalanacaq müqavilə, İHİF oyun standartları, akkreditasiya imtiyazları, potensial miras ambisiyaları və s. bu kimi bir sıra mühüm məsələləri müzakirə etmək olub.

 

VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin üzvləri idman komplekslərinə ziyarətləri çərçivəsində Yaşıl İdman Salonu, Şahzadə Faysal bin Fahad Stadionu, Alaval Park Stadionu, Kral Səud Arenası və s. idman komplekslərinə baş çəkib, mövcud vəziyyətlə yaxından tanış olublar. İHİF Təftiş Komitəsi, həmçinin Ər-Riyad şəhərinin hazırlıqlarını dəstəkləmək üçün qarşı tərəfə ilkin təlimat və tövsiyələr təqdim edilib.

 

Qeyd edək ki, görüşün nəticələri ilə bağlı Təftiş Komitəsi tərəfindən məruzə hazırlanaraq, noyabr ayının sonunda İHİF-in Baş Assambleyasında Könül Nurullayeva tərəfindən 57 iştirakçı ölkənin MOK nümayəndələrinə təqdim olanacaq. Nəticəyə uyğun olaraq, İHİF ölkələri tərəfindən ev sahibliyi üçün səsvermə prosesi baş tutacaq.

 

Səfərin sonunda mətbuat nümayəndələrinə açıqlamasında Təftiş Komitəsinin sədri Könül Nurullayeva bildirib ki, dünya standartlarına uyğun inşa olunan komplekslərin əksəriyyətində müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkün olacaq. O, Ər-Riyad şəhərinin Oyunların yaddaqalan və uğurlu ev sahibliyi etmək potensialına malik olduğunu vurğulayıb. Deputat 2017-ci ildə Azərbaycanının IV İslam Həmrəylik Oyunlarına ev sahibliyini xatırladıb.

 

Bildirib ki, 6 il əvvəl Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət ölkəmizin təcrübəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb. 

 

Könül Nurullayeva səfər zamanı II Səudiyyə Oyunlarının Təşkilat Komitəsinin ofisini də ziyarət edib, orada çalışan və ölkəmizi beynəlxalq səviyyəli layihələrdə təmsil edən gənc həmvətənlərimizlə də görüşüb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...