Rüşvət alan ermənipərəst senator İSTEFA VERDİ

Rüşvət alan ermənipərəst senator İSTEFA VERDİ

Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan ABŞ-li senator, ermənipərəst Bob Menendez vəzifəsindən ayrılıb. O, Demokrat Partiyasının Nyu Cersi ştatından olan senatorudur və Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.  


Sfera.az xəbər verir ki, rüşvətxorluqda ittiham olunan Menendez vəzifəsindən müvəqqəti olaraq istefa verib. 


Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Daxili Gəlir Xidməti (IRS) Menendezi bank cinayətlərində mühakimə olunan keçmiş bank rəhbəri Fred Daibesdən rüşvət almaqda günahlandırır. Rüşvət verən şəxs ABŞ-də daşınmaz əmlak maqnatı kimi də tanınır. 


Nyu York Cənub Dairəsi Federal Məhkəməsinə təqdim edilən 39 səhifəlik iddianamədə Menendez və həyat yoldaşı, erməni Nadine Arslanyan Nyu Cersi ştatının iş adamları ilə münasibətlərində rüşvət almaqda günahlandırılıb. Federal prokurorlar, bir ildən çox davam edən istintaq çərçivəsində Menendezin evində aparılan axtarışlar zamanı 100 min dollar dəyərində iki qızıl külçə və 480 min dollarlıq gizli nağd pul ələ keçirdiklərini açıqlayıblar. 


Menendezə qarşı bu ittihamdan başqa ikinci ittiham da irəli sürülüb. İkinci ittihama görə o, 2015-ci ildə Floridadan olan oftalmoloqun şəxsi təyyarəsi ilə səyahət edib, Parisdə 5 ulduzlu oteldə 3 gün qalıb. Oftalmoloqun hədiyyə etdiyi bu və digər xidmətlərin ümumi dəyəri 600 min dollardan çox olub. 


Bundan başqa, senatora qarşı üçüncü ittiham da var. Üçüncü ittihamda Menendez Misirin “IS EG Halal” şirkətinin ABŞ-də tender qazanmasına kömək etməkdə və bu məqsədlə rüşvət almaqda günahlandırılır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...