Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Vətən müharibəsinin başa çatmasından artıq üç ilə yaxın vaxt keçib. Kapitulyasiya aktı imzalanıb. Lakin müharibə qanunlarına zidd olaraq Ermənistan tərəfi işğaldan azad edilmiş ərazilərimizə basdırdıqları onminlərlə minaların xəritəsini Azərbaycana təqdim etməyib. Bunun nəticəsində isə bizim 300-dən artıq vətəndaşımız bu minalara düşərək həyatlarını və yaxud sağlamlıqlarını itiriblər.


Öz çirkin niyyətlərindən əl çəkməyən terrorçular Qarabağ müharibəsindən sonra Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər Azərbaycanın Qarabağ bölgəsinə minalar gətirərək müxtəlif yerlərdə basdırmışlar. Basdırılmış minalar Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanaraq Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Məlum olmuşdur ki, müharibədən sonra basdırılmış minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuşdur. Bu, bir daha sübut edir ki, ermənilər Azərbaycana qarşı durmadan terror aktı törətməkdə davam edirlər. 


Bu ilin sentyabr ayının 19-da isə daha 6 nəfər Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs olmaqla erməni silahlı birləşmələrinin törətdikləri terror nəticəsində həyatlarını itirmişlər. 


Xankəndidə yuva quran cinayətkarlar getdikcə azğınlaşaraq orada yaşayan mülki ermənilərdən belə öz çirkin əməllərində istifadə etməyə başlamışlar. Müharibədən sonra da orada istehkamlar qurmuş, gizli yollarla külli miqdarda silah-sürsat, Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat  vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular gətirmişlər. Eyni zamanda 2022-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq indiyə qədər ərazilərimizdən öz canlı qüvvələrini və texnikalarını çıxartmamışlar.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Ermənistan rəhbərliyi ilə təmaslar əsasında, eyni zamanda beynəlxalq kürsülərdən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə edib. 


10 noyabr üçtərəfli Bəyanata, eyni zamanda Ermənistan dövlətinin kapitulyasiya aktına görə Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxartmalı idi. Lakin hər dəfə bundan imtina edərək əməl etmirdi.


Son hadisələrdən sonra Azərbaycan lazımi addımlar atmağa başladı. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi bir gün ərzində terrorçular cəzalandırıldılar. Azərbaycan öz suverenliyini bərpa etdi.


Yüksək səviyyədə hazırlıq görmüş peşəkar Azərbaycan hərbçiləri antiterror nəticəsində ağır relyef şəraitində, ermənilər tərəfindən neçə illərdən bəri əlverişli yerlərdə qurduqları istehkamları darmadağın etdilər. Və bu günə qədər Azərbaycan ərazilərindən çıxarılmamış Ermənistan ordusunun böyük hissəsi və hərbi texnikası məhv edildi.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər. Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur siradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.


Antıq antiterror tədbirləri uğurla başa çatmışdır. Azərbaycan ərazisində qanunsuz məskunlaşmış birləşmələr ağ bayraq qaldıraraq qalan silah-sürsatı, texnikanı təhvil verirlər. Ermənilər nəhayət başa düşməlidirlər ki, Qarabağ Azərbaycan ərazisidir. Bunu bütün dünya tanıyır. Ermənistan rəhbərliyi də artıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlam Əliyev: “Əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları onları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi”.


Azərbaycanın niyyəti Azərbaycanın ərazisində yaşayan ermənilərlə dinc, qarşılıqlı hörmət əsasında yaşamaqdır. Azərbaycan erməni xalqını bizə qarşı olan cinayətlərdə günahlandırmır. Azərbaycan dövləti yalnız kriminal rejimin başında duranları ittiham edir və məsuliyyətə cəlb edir və edəcək.


Bunu bütün dünya bilir ki, Azərbaycan çoxmillətli bir respublikadır. Burada bütün millətlərin nümayəhdələri bərabərhüquqlu və sərbəstdir. Azərbaycanda heç vaxt dini və milli zəmində ayrı seçkilik olmayıb. Burada yaşayan bütün xalqların nümayəndələri, etnik qruplar İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi prezidentin ətrafında birləşərək vətəni qorumağa yollandılar. Yaxşı olar ki, Azərbaycanda yaşayan erməni əhalisi də bunu başa düşsün və Azərbaycanda azərbaycanlılarla heç bir torpaq iddiası etmədən sülh şəraitində yaşasın.


30 il ermənilərin işğalı altında olan torpaqlarda heç bir quruculuq işləri görülməmişdir. Yaşayış olduqca çətin idi. Xunta rejimi mülki erməniləri orada ağır vəziyyətdə, beyinlərini zəhərləyərək  zor gücü ilə saxlayırdı. 


Azərbaycan 30 ildən sonra öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərdə qlobal işlər görür. Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti Azərbaycan Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda və bütün kəndlərdə yaradacaq. 


Erməni əhalisinə isə bu gün tarixi bir şans verilib. Öz seçkilərini düzgün etsinlər. Öz pis əməllərindən çəkinərək sülh və əminamanlığı üstün tutsunlar. Öz gələcək yaşayışlarını düşünsünlər.


Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə görüşdə onlara gələcək birgə yaşayışla bağlı təkliflər çatdırılacaq. Qarabağda yaşayan ermənilərin bütün hüquqları təmin ediləcək-təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaq.


Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır! 

 

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...