Separatçılar məhv edilir: Azərbaycan əsgəri erməni əhalisini xilas edəcək

Separatçılar məhv edilir: Azərbaycan əsgəri erməni əhalisini xilas edəcək

Qarabağda yaşayan erməni əhalisinə Azərbaycan, ingilis və rus dilində ünvanlanan müraciət vərəqələr formasında dərc edilib. Bu müraciət lokal xarakterli antiterror tədbirlərinin Xankəndindəki separatçı rejimin ləğv edilməsi hədəfini ortaya qoyur. İki məqam bu kontekstdə xüsusilə əhəmiyyətlidir:

 

Birincisi, müraciətin mətnidir: burada hədəfin qanunsuz dəstələri tərki-silah edilməsi və separatçılar olduğu açıq qeyd olunur, Azərbaycan əsgərinin əhalini xuntadan xilas etməyə gəldiyi bildirilir;

İkincisi, müraciətin dərc olunduğu vərəqələr Xankəndinə çatdırılmasıdır: müraciəti təkcə media və sosial şəbəkələrdə dərc etməklə erməni əhalisinə çatdırmaq imkanı azdır, bu baxımdan, müraciətin praktiki olaraq çatdırılması həyata keçirilə bilər ki, vərəqə formasında dərc edilməsi də buna hesablanıb və istisna deyil ki, vərəqələr havadan şəhərə səpələnsin; dünyada anti-terror tədbirləri zamanı terrorçuların nəzarət etdiyi ərazilərdə qalan əhali ilə bu formada təmas qurmaq təcrübəsi var;

 

Proseslər separatçıların çıxılmaz vəziyyətə düşdüyünü deməyə əsas verir. Paşinyan Ermənistanın “müharibəyə qoşulmayacağını” bildirib və Rusiya ilə BMT Təhlükəsizlik Şurasına Bakının anti-terror tədbirlərini dayandırmaq çağırışı edib. Zaxarovanın “rəsmi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə nə edək?” replikasını Rusiyanın prosesə müdaxilə etməyəcəyi mesajı kimi qəbul edə bilər. İrəvanın ümidi BMT TŞ-də Bakıya qarşı qərarın qəbul edilməsidir, Fransa buna nail olmağa çalışır, lakin müzakirələrin keçirilməsi mümkün olsa belə, hansısa qərarın/qətnamənin qəbul edilməsi ehtimalı azdır.

 

Erməni mənbələr separatçıların hərbi mövqeləri arasında rabitənin itdiyini, çaxnaşmanın düşdüyünü yazırlar.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...