Ərdoğan ermənipərəst senator haqqında: “Deyəsən, məni tanımır”

Ərdoğan ermənipərəst senator haqqında: “Deyəsən, məni tanımır”

“Bob Menendes Türkiyəni tanımır. Belə görünür ki, Bob Menendes heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”.

 

Sfera.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

 

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendes kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra mövzuları bəhanə edərək Türkiyəyə “F-16” satışına mənfi yanaşmasına münasibət bildirib.

 

“Yunanıstanla Türkiyə qədim dostluq əlaqələrinə malikdir. Menendesin Türkiyəyə qarşı düşməncəsinə münasibəti var və bizi seçdiyi müəyyən bir müzakirə arealına çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”, - deyə dövlət başçısı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Tarixdə kişilərin dominant olduğu cəmiyyətlər hər zaman ön plana çıxsa da, bu yazıda qorxmaz qadın ordusu haqqında oxuyacaqsınız.   Sfera.az sizə Dahom...

Berlində daha bir biabırçı görünüş - Repper sevgilisini Kim Kardaşyana oxşatmaq istəyir

Kanye West və onun həyat yoldaşı Bianca Censori, açıq-saçıq geyimləri və açıq-saçıq ictimai “dəlilikləri” səbəbiylə mübahisələrə səbəb olan, aylarla...

O biri dünyada da rahatlıq vermirlər - ABŞ-ın 11-ci prezidentinin cənazəsi dördüncü dəfə dəfn ediləcək

ABŞ-ın 11-ci Prezidenti Ceyms K. Polk prezidentlik səyahətinə diqqətlə hazırlanmış fəaliyyət planı ilə başlayıb. O, bir çox iddialı məqsədlərə nail ola bilsə də...

Vatsap gələn aydan bu telefonlarda işləməyəcək

Dünyada milyardlarla istifadəçisi olan vatsap gələn aydan köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək.   Sfera.a...

Ərdoğan: Biz Ermənistandan səmimi addımlar gözləyirik

“Təəssüf ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonrakı üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi haqlı narahatlıqlarına lazımi cavabı tapa bilmə...

BMT: Ermənistanla baş verənləri yaxından izləyirik

Son günlər Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu açıqlama ilə BMT Baş katibinin sözç...