Ərdoğanla Makron arasında gülüş doğuran DİALOQ: \"Bəs gələcəkdin?\" - VİDEO

Ərdoğanla Makron arasında gülüş doğuran DİALOQ: \

G20 sammitində Ərdoğanla Makron arasında gülüş doğuran anlar yaşanıb.

 

Sfera.az bildirir ki, Fransa Prezidenti Emmanuel Makron ötən həftə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammitindən sonra rəsmi “Twitter” hesabında video paylaşıb. Sözügedən görüntülərdə Makronla Türkiyə prezidentinin qısa söhbəti də yer alıb.

 

Belə ki, Makron çıxışının əvvəlində “Liviya məsələsini yenidən danışa bilsək, şad olardım” deyib. Daha sonra prezident Ərdoğan həmkarına əvvəlki vədini xatırladıb və “Bəs gələcəkdin?” sualını verib. Fransa prezidenti isə ardınca, “Gələcəkdim, amma sən yox idin. Yaxşı, gələcəm” deyib. Ərdoğan isə gülərək “Tamam, gəl danışaq”, deyib və iki lider sağollaşaraq ayrılıblar.

 

Xatırladaq ki, iki lider sonuncu dəfə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyi Liderlər Zirvəsi çərçivəsində görüşüblər. Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı söhbəti zamanı Makrona “Gəlin, sizi Türk Birliyinə qoşaq. Hər şey Avropadan ibarət deyil” söyləyib.  Makron Ərdoğanın dəvətinə “G20 sammitindən sonra gələcəm”, - qarşılığını verib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...