“Argentinalı hüquqşünasın Azərbaycana qarşı iddiası əsassızdır” – Vəkil Rodney Dikson

“Argentinalı hüquqşünasın Azərbaycana qarşı iddiası əsassızdır” – Vəkil Rodney Dikson

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokurorlarından olmuş, hazırda vəkil kimi fəaliyyət göstərən argentinalı Luis Moreno Okampo bir müddət əvvəl Azərbaycan hökumətinə qarşı iddia ilə çıxış edib. O, iddiasında Azərbaycan hökumətini Qarabağ regionunda yaşayan erməniləri blokadada saxlamaqda günahlandırıb. 


Sfera.az xatırladır ki, Okampo BCM-in prokuroru vəzifəsində çalışarkən ciddi tənqidlərə məruz qalıb, onu dəfələrlə qərəzli mövqe tutmaqda günahlandırıblar. 


Okampo iddia edir ki, Azərbaycan tərəfi Laçın dəhlizini bağlamaqla Qarabağ bölgəsində yaşayan etnik ermənilərə qarşı soyqırım törədir. Vəkil avqustun əvvəlində bununla bağlı “ekspert rəyi” dərc edib. 


Moreno Okampo BMT Təhlükəsizlik Şurasına müraciət edərək Laçın dəhlizi məsələsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə çağırıb. Bu iddaya qarşı Azərbaycan tərəfini soyqırımı işlərində ixtisaslaşmış aparıcı beynəlxalq hüquqşünas Rodney Dikson müdafiə edib. 


Dikson Azərbaycana qarşı iddianı qüsurlu cəhd kimi dəyərləndirib. Vəkil qeyd edib ki, bu iddia 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunduqdan sonra Qarabağ bölgəsində qeyri-qanuni şəkilkdə yaradılan, tanınmamış rejimin sifarişidir. 


Diksonun avqustda dərc olunan rəyində bildirilir ki, Okamponun iddia etdiyi kimi Qarabağda ermənilərə qarşı soyqırımı törədilməsinə dair heç bir əsas yoxdur:

 

“Bu, diqqətləri real vəziyyətdən yayındıran açıq-aşkar əsassız iddiadır. Okamponun hazırladığı rəyin Ermənistan və Azərbaycan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına və ya daha geniş beynəlxalq ictimaiyyəti çaşdırmasına yol verilməməlidir”. 


Buna görə də Dikson BMT Təhlükəsizlik Şurasının Ermənistanın təxribatçı və əsassız iddiasına cavab verməməkdə haqlı olduğunu deyib:

“Soyqırımı ilə bağlı saxta ittihamların özü beynəlxalq hüququn pozulması sayıla bilər. Moreno Okampo hazırladığı rəyi kimin sifariş etdiyini göstərməyib. Amma buna baxmayaraq, o, sosial şəbəkədəki paylaşımında ondan bu cür rəyin yazılmasını “Dağlıq Qarabağ liderinin” xahiş etdiyini etiraf etmişdi. Buna görə də Moreno Okamponun mövqeyində olan birinin Azərbaycan Prezidenti İlham Əliyevi soyqırımında ittiham etməsi yersizdir. Moreno Okampo nə soyqırımı aktını, nə də onu törətmək üçün lazımi niyyəti sübut edib. İddiaçı tərəf irəli sürdüyü sübutların rasional və balanslaşdırılmış təhlilini həyata keçirə bilməyib, daha çox fərdlərin adı ilə ittiham etməklə məşğuldur ki, bu da təəssüf doğurur. Soyqırımı iddiası aydın şəkildə təhlükəli bir iddia idi. Bu cür iddialar əsaslı səbəb olmadan gərginliklər yaratmaq riskinə sahibdir”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsa...

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki...

İki hərbçi dəm qazından boğularaq ölüb, araşdırma aparılır - RƏSMİ

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda...