“Yüksəliş” müsabiqəsinin qalibləri BƏLLİ OLDU

Siyasət
16:50 / 19.07.2023
9520
22 iştirakçı “Yüksəliş” müsabiqəsinin final mərhələsində ən yüksək nəticə əldə edərək qalib olub.
"Yüksəliş"dən Sfera.az-a verilən xəbərə görə, 7 iştirakçı eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan namizədlərin hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından qalib elan olunmasına qərar verib. Qaliblərin 4-ü qadındır.
Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edəcək.