No Image
No Image

Siqareti tərgitmək istəyənlər, DİQQƏT: bu 4 maddəni unutmayın!

Siqareti tərgitmək istəyənlər, DİQQƏT:  bu 4 maddəni unutmayın!

“Siqaret çəkmək sağlamlığa ziyandır”. Məşhur şüarı hamı bilsə də, heç kim bu zərərli vərdişdən 

əl çəkmək istəmir. Bunu əsaslandırmaq üçün də müxtəlif səbəblər tapırlar: “əsəblərimi sakitləşdirir”, 

“fikrimi dağıdır”, “kökəlməyə mane olur”, “ürəyim istəyir, çəkirəm”...

 

Ancaq son günlər ölkədə baş verən kəskin devalvasiya bəzi siqaret aludəçilərinin bu vərdişlərindən 

uzaqlaşmasına səbəb olub. Məhz devalvasiyadan sonra çoxları siqaretin həm sağlamlıq, həm də büdcə 

üçün zərərli olduğunu anlayıb və onu tərgitmək qərarına gəlib. Mütəxəssislər isə bildirir ki, müəyyən 

yaş dövründən sonra siqareti birdən-birə atmaq olmaz. Çünki bu, orqanizm üçün zərbə ola bilər. Siqareti 

tərgitmək mütləqdir, amma tədricən.

 

Çox adam siqaret çəkmək istəmədiyini, ancaq bədəninin bunu tələb etdiyini deyir. Əslində isə siqareti 

bədən deyil, bədəni idarə edən beyin tələb edir.

 

Mütəxəssislər deyir ki, insan istərsə, siqareti bir aya bir daha çəkməmək iradəsi ilə tərgidə bilər.

 Bunun üçün bir çox sadə üsullar təklif edilir. Məsələn, siz siqareti tərgitmə səbəblərini iri hərflərlə

 yazıb, kompüterinizin yaxınlığında divara, avtomobilinizin şüşəsinə və ya  soyuducunun qapısına 

yapışdıra bilərsiniz. Belə olan halda beyin siqareti atmağa yavaş-yavaş hazırlanır. Fikirləşin ki, 

siqareti tərgitsəniz, həm həyat yoldaşınız, həm də bədəniniz sizə təşəkkür edəcək. Sizdən kəskin

 tütün qoxusu gəlməyəcək və uşaqlarnız siqaret dumanında nəfəs almayacaq.

 

Mövzu ilə bağlı Aile.lent.az-a danışan psixoloq Fidan Əliyeva deyir ki, siqareti tərgitmək arzusunda 

olan insan ilk növbədə siqaretin bir ayda büdcəyə verdiyi zərəri hesablasın. Daha sonra həmin pula 

uşaqlarına və həyat yoldaşına hədiyyə almağı sınasın. Uşaqların və həyat yoldaşının sevinci adamı 

siqareti buraxmağa bir qədər də həvəsləndirəcək: “Belə düşünün, gündə 20 siqaret çəkirsinizsə, bu,

 bir ilə 365 qutu edir. Ən yaxşı halda, bir ilə 1095 manat xərcləyəcəksiniz. Siz siqareti tərgitməklə 

büdcənizə bu qədər xeyir vermiş olursunuz. Siz bu pulla hansısa rayonda gözəl istirahət edə bilərsiniz”.

 

Psixoloq qeyd edir ki, siqraeti tərgitmək arzusunda olan hər bir insan 4 maddəni unutmamalıdır:

 

1. Siqaret çəkmək istəyi yarandıqca su için, əylənin və dərindən nəfəs alın.

 

2. Bədəniniz - beyniniz siqaret istəyirsə, yaxınlarınızın ətrafında olmağa çalışın və ya telefonla 

sevdiyiniz insana zəng vurub danışın.

 

3. İşdəsiniz və siqaret istəyirsinizsə, otaqda var-gəl edib, qənaət edəcəyiniz pulu hara xərcləmək

 barədə plan qurun.

 

4. Yenə də siqaret istəyirsinizsə, internetdən siqaretin zərərləri barədə uzun-uzadı məlumatlar oxuyun.

 

Psixoloq siqareti dərhal deyil, tədricən azaltmağı tövsiyə edir: “Siqareti tərgitmək üçün siyahı 

tutun - pul yığmaq, sağlamlığınızın qaydasına salmaq, uşaqlarınıza daha yaxşı nümunə olmaq, 

qadınınızın (yoldaşınızın) sevimlisi olmaq. Bundan sonra siqareti tərgitmək üçün gün təyin edin. 

Bir gün qalmış siqaretə aid olan hər şeyi - siqaret qutusunu, çaxmaqları, kibritləri, külqabıları 

zibil qabına atın. Və təyin etdiyiniz gündən etibarən siqareti yavaş-yavaş tərgitməyə başlayın.

 Məsələn, gündə 20 siqaret çəkirsinizsə, ilk gün 17 dənə və beləcə, tədricən azaldın. 

Çünki siqareti azaldaraq atmaq daha rahatdı və nəfəs almanı tənzimləyir.

Kofe və alkoqollu içkilər siqareti xatırlatdığı üçün bir müddət onlardan uzaq durun. 

Kinoya və ya idman salonuna gedin. Əgər ürəyiniz siqaret çəkmək istəyirsə, 6 dəfə

 dərindən nəfəs alıb,  meyvə yeməyə başlayın. Bir həftə siqaretə xərclədiyiniz pulla

 özünüzü mükafatlandırın. Unutmayın, insan daxilən uşaq kimidir. Öz düzgün 

addımlarını dəyərləndirə bilir”.

 

Terapevt Xatirə Əhmədova deyir ki, siqareti atmaq insan orqanizminə müxtəlif təsirlər edir.

 Sonuncu siqaret çəkildikdən 20 dəqiqə sonra ürəyin döyünməsi yavaşlayır, qan təzyiqi düşür, 

əl və ayaqlar qızır. 8 saat sonra isə qandakı karbon-monoksid səviyyəsi normallaşır, oksigen 

səviyyəsi yüksəlir. 24 saat sonra infarkt riski azalır. İki gün sonra dad bilmə, qoxu hiss etmə 

qabiliyyəti yerinə gəlir. Sinirlər qaydasına düşür. 3 ay sonra nikotin bədəndən tamamilə təmizlənir.

 Qan dövranı qaydasına düşür, gəzmək asanlaşır. 1 il sonra ağciyərlər özünü təmizləməyə başlayır. 

Siqareti tərgitdikdən 15 il sonra isə siqaret səbəbi ilə heç bir xəstəlik baş verə bilməz.

 

Həkimin sözlərinə görə, insanlar çox zaman kökəlməkdən qorxduqları üçün siqareti buraxmır. 

Amma araşdırmalar müəyyən edib ki, siqareti buraxdıqdan sonra hər bir adam cəmi 2-4 kq çəki 

ala bilir. Siqaretin yaratdığı bəzi xəstəliklər isə insanı 40 kq belə kökəldə bilir: “Siqareti buraxdıqdan 

sonra kökəlməyə səbəb ağıza yemək qoymaq vərdişidir. Yəni siqareti buraxan insanlar çox yeməyə 

başlayır. Buna görə də çalışın ki, saqqız çeynəyin. Kalorisi az yeməklər yeyin. Çiy tərəvəz və meyvə 

də siqareti unutdurmaq üçün yaxşı vasitədir. Bol maye qəbul edin. Bəzən illərlə siqaret çəkən insanlar 

birdən-birə sağlam və təmiz olmaq istəyir. Amma qəbul etmək lazımdır ki, bu, mümkün deyil. 

Siqaret tüstüsünün və nikotinin yaratdığı hüceyrə  keyfiyyətsizliyini aradan qaldırmaq üçün 

vitamin C, E, selenium kimi antioksidantlar qəbul edilməlidir”.

 

Terapevt onu da qeyd edir ki, siqaret asılılığı qırtlaq, prostat, diş əti, ağız, dil, qida borusu, 

badamcıq və uşaqlıq boynu xərçənginə səbəb olur. Bununla yanaşı, siqaret kişilərdə cinsi

 iqtidarsızlıq, iflic, xora, xroniki bronxit, infarkt, damar xəstəlikləri, qadınlarda isə sonsuzluq 

kimi problemlərə yol açır: “35 yaşından tez siqareti tərgidənlərdə erkən ölüm riski az olur.  

Amma 20 il siqaret çəkən insanda bu risk çox böyükdür”.

 

Araşdırmalar siqaretin tərkibində 200-dən artıq zəhərli maddənin olduğunu müəyyənləşdirib.  

Siqaret insan ömrünü qısaltmaqla yanaşı, büdcəyə də böyük zərər verir. Canınızı və cibinizi 

zərərdən qorumaq üçün siqaretdən uzaq olun! Və unutmayın, son 5 ildə dünyada 2 milyon 500

 min insan siqareti tərgidib. Onlar bunu çox qısa zamanda bacarıb. Siz niyə bacarmayasınız ki?!


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Alimlər qan təzyiqini salmağın qeyri-adi yolunu tapdı

Yüksək qan təzyiqini salmaq üçün qeyri-adi yol tapılıb.  Sfera.az  xəbər verir ki, bu barədə London Universiteti Kollecinin mütəxəssisləri "Expr...

Açıq havada bu halda maska taxılmaya bilər – Həkim

Açıq havada olan zaman 2 metr məsafədə adam yoxdursa, maskasız gəzmək olar. Sfera.az xəbər verir ki bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında...

Azərbaycanda peyvənd olunanların sayı 400 minə çatır

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında O...

Dünya tibbində ŞOK - Koronavirusa "həmişəlik" yoluxma faktı qeydə alındı

Bir çox ölkələrdə koronavirusa yoluxaraq, aylarla xəstə olan və orqanizmində virus qalan pasiyent sayı və faktları qeydə alınmaqdadır. Koronavirus xəstələri ilə...

COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır - HƏYƏCAN TƏBİLİ

COVİD-19 infeksiyası ağciyərlərin pnevmoniyası səbəblərindən biridir. Sfera.az xəbər verir ki, bunu açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib. ...

Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız TƏHLÜKƏ ALTINDADIR?

Azərbaycanda 2014-cü ildə 28,561 milyon dollar dəyərində 47 602 ton, 2019-cu ildə 40,85 milyon dollar dəyərində 59 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyəri...