Sərxoş halda maşın sürən bacanaqlar saxlanıldı - FOTO

Sərxoş halda maşın sürən bacanaqlar saxlanıldı - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmini məqsədilə şəhər ərazisində keçirdikləri nəzarət tədbirləri zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüləri saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, "VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub. Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb və yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb. Bu zaman nəqliyyat vasitəsindəki sərnişin, Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər. Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.

Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...