Sərkisyan seçkiyə qatılmaqdan imtina etdi
20:23 / 15.05.2021
3106
Ermənistanın eks-prezidenti Serj Sərkisyan parlament seçkisində iştirakdan imtina edib.
Sfera.az xəbər verir ki, bunu Sərkisyanın özü deyib. O, Vətən Partiyası ilə birgə yaratdıqları blokun seçki siyahısında adının olmayacağını bildirib:
"Siyahıda olmamaq seçkidə iştirak etməmək deyil. Siyahıya rəhbərlik edənlər yüksək vəzifələrə iddia edirlər, mən isə artıq demişəm ki, vəzifədə olmayacağam. Məsləhətlərlə kömək edəcəyəm. Mən dövlət xidmətini bitirdiyimi düşünürəm”.
(Axar.az)