Separatçı Luqansk lideri Donbasda vətəndaş müharibəsi elan etdi

Separatçı Luqansk lideri Donbasda vətəndaş müharibəsi elan etdi
"Donbasdakı münaqişə son bir neçə ayda şiddətlənib, Ukrayna isə razılaşmaları pozur”.
 
Sfera.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində qondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bildirib.

Onun sözlərinə görə, hər hansı bir hərbi barışıqdan və ya atəşkəs rejiminə əməl olunmasından söhbət gedə bilməz.
 
Bu arada Paseçnik bütün razılaşmaların pozulmasında Kiyevi günahlandırıb."Əslində bu əsl vətəndaş müharibəsidir və bu barədə yüksək səslə danışmağa dəyər", -deyə o, vurğulayıb.
 
Paseçnik, LXR sakinlərinin hüquqi baxımdan Ukrayna vətəndaşı olduqlarına diqqət çəkib və bildirib ki, belə olan təqdirdə "Ukrayna silahlı qüvvələri öz vətəndaşlarına atəş açır”.

Xatırladaq ki, mart ayının sonunda Donbasda vəziyyət növbəti dəfə kəskinləşməyə başlayıb. Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları təmas xəttində atışmaların intesivləşdiyini, kəşfiyyat fəaliyyətində və hərbi texnikanın hərəkətində artım olduğunu elan edib.
 
Bundan sonra Ukrayna hakimiyyəti Moskvanı ölkələr arasındakı sərhəddə hərbi qüvvələri artırmaqda günahlandırıb. Buna cavab olaraq, Kreml Rusiya ordusunun ölkə ərazisi boyu lazım bildiyi istiqamətlərdə hərəkət etdiyini söyləyib və Kiyevi təxribatları dayandırmağa çağırıb.
 
Selcan
Sfera.az
Mənbə Lenta.ru
 

OXŞAR XƏBƏRLƏR