\"Semaşko\"dan koronavirus xəstəsinin qaçması iddiasına xəstəxanadan AÇIQLAMA

17:10 / 11.03.2020
3974
Mediada Bakıda "Semaşko" xəstəxanasından koronavirus xəstəsinin pəncərədən qaçması barədə xəbərlər yayılıb.
Metbuat.az bununla bağlı xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən saytımıza bildirdilər ki, bu məlumat yanlışdır və xəstəxanada mühafizəçilər fəaliyyət göstərir.