Seksual aktrisa: Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da

Seksual aktrisa: Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da

Növbədənkənar parlament seçkiləri ərəfəsində Milli Məclis üzvlərinin gəncləşəcəyi ilə bağlı sosial mediada yayılan məlumatlar bir çox gəncləri ümidləndirib.

Sfera.az xəbər verir ki, seksual səhnə obrazı ilə seçilən açıq sözlü teleaparıcı və aktrisa Könül Yusifqızı da deputat olmaq niyyətindədir. 

Könül bu haqda şəxsi "Facebook” hesabında məlumat paylaşıb.

 

"Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?”

Aktrisanın millət vəkili olmasına bir çox izləyicilər "Niyə də yox?” şərhini yazaraq, onun bu addımını dəstəkləyiblər.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Könül Yusifqızı ilə əlaqə saxlayıb. O, hansı seçki dairəsindən səs verəcəyini gizli saxlasa da, bir çox deputatlardan əskik olmadığını bildirib:

"Tam ciddi bir şəkildə deputatığa dair namizədliyimi irəli sürmək niyyətindəyəm. Düşünürəm ki, mənim kimi açıq fikirli, tam çılpaq danışmağı bacaran, azad ruhlu bir insana orada ehtiyac var. Hərçənd ki, seçiləcəyimə gümanım azdır. Amma seçildiyim halda bir daha bizim ölkəmizdə bu azad səsin və demokratiyanın sübutu olacaq.

Mən bizim deputatlardan əskik deyiləm. Bir üstünlüyüm var ki, mənim atam bu dövlət uğrunda canından keçib. Əminəm ki, başqalarından fərqli olaraq, şəhid ailələrinə daha yaxın olacağam. Hansı seçki dairəsindən səs verəcəyimi daha sonra açıqlayacağam.

Birmənalı şəkildə hamı mənim bu niyyətimə "Hə” deməyəcək. Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da. Amma olsun, bu, mənim heç marağımda da deyil”.

"İngiltərənin "dəmir ledi”si Marqaret Teçerin belə bir sözü var idi: "Hətta okeanın belə üzərində gəzməyi bacarsanız, kimlərsə çıxıb deyəcək ki, o bunu bacarmadı”. Bu da normal bir haldır. Əgər hamı birmənalı şəkildə məni dəstəkləsəydi, bu anormal olardı”.

Sosial media əhli şou-biznes nümayəndələrinin deputat olmaq arzularını məsxərəyə qoyub, ələ salsalar da, açıq sözlü aktrisa onların müdafiəsinə qalxıb, onları dəstəklədiyini vurğuladı:

"Özümü şou biznes nümayəndəsi hesab etmirəm. Düşünürəm ki, mən onlardan bir köynək kənardayam. İncəsənət adamıyam, teleaparıcı və aktrisayam. Heç bir şou ilə bağlı qalmaqalın içində də olmamışam. Heç vaxt heç kimin dalınca danışmamışam, danışmaq fikrim də yoxdur. Əgər kimlərsə mənim dalımca danışıb, artıq əskik nəsə deyirsə, demək mən onlardan daha artığam.

Cəmiyyət toplusu incəsənət nümayəndələrinə qarşı çox aqressivdirlər. Fikrimcə, bu onların əqli cəhətdən problemli olmaları ilə əlaqədardır. Çünki şou-biznes nümayəndələri də bizimdir. 

Xaricdən gələnləri başımızın tacı edib, yuxarı pillələrə qaldırırıq, amma özümüzünküləri  sevə bilmirik. Deputatın kim olmağı önəmli deyil. İstər şou-biznez nümayəndəsi olsun, istərsə də həkim. Əsas həmin seçilən insanın xalq üçün nəsə etməsidir. Önəmli odur ki, o, seçiciləri üçün nələrsə etsin. Buraxılan deputatların arasında bu cür insanlar azlıq təşkil edirdi”.

Əgər şou-biznes nümayəndəsi deputat seçilərsə, burada heç bir qəbahət yoxdur. Yetər ki, parlametdə çıxıb allı-güllü sözlər danışmasın. Çünki belələri də var. Önəmli olan ölkə üçün yararlı bir millət vəkili olsun”. (oxu.az)

Qeyd edək ki, səhnəmizin ekstravaqant sənətçisi, "Əməkdar artist”, bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb. Amma onun bu istəyi həyata keçməyib. Bəstəkar-müğənni saytımızın əməkdaşı ilə söhbətində namizədliyini bu il də irəli sürəcəyini istisna etməyib. 

OXŞAR XƏBƏRLƏR

Təranə Qumralın qızı qısa şortda elə rəqs etdi ki... - VİDEO

Müğənni Təranə Qumralın qızı Qumral yenə də sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, Qumral instaqram hesabında rəqsini paylaşıb. ...

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...