No Image
No Image

Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası dəyişdi

Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası dəyişdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.

Sfera.az xəbər verir ki, qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. 

Yeni dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 21-ə yüksəlib. Qaydaya edilən bu dəyişiklik 01 aprel 2021-ci il tarixindən qüvvəyə minir (Cədvəl 1. Həkimlərin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələr).

Qaydaya edilən yeni əlavəyə əsasən, tibb müəsissələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.

İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib. Belə ki, 3-cü qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.5, 3-cü qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.4, 3-cü qrup C kateqoriyalı və 2-ci qrup A kateqoriyalı tibb müəssisələri üzrə 1.3, 3-cü qrup D kateqoriyalı və 2-ci qrup B kateqoriyalı tibb müəssisələri üzrə 1.2 əmsal tətbiq edilməklə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr hesablanacaqdır. Məsələn, Xidmətlər Zərfində dəyəri 1000 manat olan cərrahi əməliyyata görə hesablanan bonus məbləği 2-ci qrup B kateqoriyalı tibb müəssisəsində 150 manat, 3-cü qrup B kateqoriyalı tibb müəssisəsində 210 manat təşkil edəcəkdir. Qaydaya edilən bu dəyişiklik 01 aprel 2021-ci il tarixindən qüvvəyə minir  (Cədvəl 2. İşin nəticələrinə görə həkimlərə ödənilən aylıq həvəsləndirici əlavələr).

Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Qaydaya edilən yeni əlavəyə əsasən, peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyәtlәrindәn asılı olaraq 1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavənin ödənilməsi müəyyən edilib. Qaydaya edilən bu dəyişiklik 01 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq aylıq sabit əlavələr şəklində təyin olunur. Dəyişikliyə əsasən, struktur vahidləri/vəzifələr, müəyyən vəzifələr üzrə əlavələrin məbləği artırılıb. Yerləşmə ərazisinə görə tibb müəssisələrinin bəzi struktur vahidlərinin əməkdaşları üzrə aylıq sabit həvəsləndirici əlavələrin məbləğində optimallaşma aparılmışdır (Cədvəl 3. Orta və kiçik tibb işçilərinin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələr).

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Yeni Qaydaya görə bir sıra ixtisaslar/vəzifələr üzrə aylıq həvəsləndirici əlavələrin məbləği tibb müəssisəsinin qrup və kateqoriyasından asılı olaraq dəyişdirilib. Belə ki, tibb müəssisələri 3 qrupa (1-ci, 2-ci və 3-cü qruplar) bölünür, öz növbəsində 1-ci qrup A, B, C, 2-ci və 3-cü qruplar isə A, B, C və D kateqoriyalarına ayrılır.

Həmçinin tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələr üzrə təsnifat qrupunda da dəyişiklik edilib. Əvvəlki Qaydaya görə 12 vəzifə üzrə tibb müəssisəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə aylıq həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib (Qaydanın 16-4-cü bəndi).

Bununla yanaşı, Qaydaya "Elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğləri” adlı yeni bənd daxil edilib. Belə ki, səhiyyə işçiləri bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 40 manat məbləğində əlavələr hesablanacaqdır. Qaydaya edilən bu dəyişiklik 01 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Qaydada edilən digər dəyişikliklər 01 aprel 2021-ci ildən qüvvəyə minir.

Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

 

 





Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Küçədə və ayaq üstü qidalanma - Xərçəng yaradır

Ayaq üstə və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır. Sfera.az xəbər veri...

Koronavirusdan sağalanlar necə qidalanmalıdır? - Mütəxəssislərin cavabı

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklə...

"Delta" ştamına yoluxan bu şəxslərin ciddi müalicəyə ehtiyacı yoxdur

"Koronavirusun yeni "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır. Əgər xəstənin oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, tən...

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

"Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çün...

Bu gün rekord sayda peyvənd vuruldu

Bu gün Azərbaycanda koronavirus əleyhinə 87 286 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yay...

Yoluxanların sayı açıqlandı, 3 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xəb...