Şəhid polkovnik Babək Səmidlinin bu görüntüləri marağa səbəb oldu - VİDEO

Şəhid polkovnik Babək Səmidlinin bu görüntüləri marağa səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun şəhid zabiti, polkovnik Babək Səmidlinin maraqla qarşılanan yeni görüntüləri yayılıb.


Sfera.az xəbər verir ki, şəhid polkovnikimizin pianinodakı ifası sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub və həmin görüntülər qısa müddət ərzində kifayət qədər izlənib.


Xatırladaq ki, 1974-cü ildə Göyçay şəhərində anadan olan Babək Səmidli Türkiyədə hərbi ali təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edib. O, aprel döyüşlərində və sentyabrın 27-də başlayan Qarabağ müharibəsində böyük şücaəti ilə yaddaşlarda qalıb.

 

Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli daim döyüşlərdə olub, təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxara bilib, Suqovuşanı azad edən kimi təhlükəli olsa da, mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Onun əsgərlər qarşısında çıxışı zamanı səsləndirdiyi 3 arzusu hamıda döyüşmək üçün ruh yüksəkliyi yaratmışdı. O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib, ya şəhid, ya da qazi olmağı tövsiyə edirdi.


Komandirin bu sözləri əsgərlərdə ruh yüksəkliyi yaradırdı, hətta yaralı əsgərlər yenidən könüllü döyüşə gedirdilər.

 

Doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.



OXŞAR XƏBƏRLƏR