Şəhid atasının yubileyi keçirildi - FOTOLAR

Şəhid atasının yubileyi keçirildi - FOTOLAR
Yanvar ayının 25-də İsmayıllı Rayon İcra Hakimiyyətində şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 70 illik yubleyi qeyd olunub. 

Sfera.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı və kollektivi şəhid atası A.Əhmədovu yubiley münasibətilə təbrik edib, ona can sağlığı, həmişə nəvə-nəticələrinin əhatəsində olmağı arzulayıblar. A.Əhmədova uzun illər rayon icra hakimiyyətində və dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə RIH başçısının Fəxri Fərmanı və qiymətli hədiyyəsi təqdim edilib.

Əhmədovlar ailəsi nümunəvi ailələrdən sayılır. 2020-ci ilin sentyabr ayında düşmən torpağımıza təcavüz edəndə ailənin üzvü, rayonun qabaqcıl müəllimlərindən olan Famil Əhmədzadə laqeyd qalmayıb və döyüşlərdə iştirak edib. Müharibədə qəhrəmanlıq göstərən F.Əhmədzadə Suqovuşan kəndi ətrafında gedən qanlı döyüşlərdə şəhid olub. Ailənin digər üzvü isə hərbiçidir, mayor rütbəsi ilə Azərbaycan ordusunda xidmət edir.

Ağaəhməd müəllim şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, şəhid adının uca tutulması onu qürurlandırır.

Qeyd edək ki, Ağaəhməd Əhmədov ömrünün 40 ilini dövlət qulluğuna həsr edib.

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...