Şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkına baş çəkdi - FOTOLAR

Şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkına baş çəkdi - FOTOLAR
İsmayıllıdan olan şəhid ailələrinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
 
Sfera.az xəbər verir ki, İsmayıllı rayonundan olan  bir qrup şəhidlərin valideynləri Bakı şəhərində yaradılm Hərbi Qənimətlər Parkına səfər edib. 
 
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Şəhid ailələrinin arzusu ilə reallaşan bu səfərdə onlar 2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-dək davam edən Vətən müharibəsində düşməndən hərbi qənimət olaraq götürülən silah və sursatları, hərbi texnikası, habelə Müzəffər Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilən "keçilməz istehkamları”nın maketləri ilə tanış olublar. Ziyarətçilərə parkda nümayiş olunan eksponatlar, onların yaradılması tarixi barədə məlumat verilib.
Ziyarətçilər təşkil olunan bu tədbirə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 27 sentyabr Anım günü ilə əlaqədar İsmayıllıda silsilə tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...