No Image
No Image

"Sədərək"ə getmək üstündə qətl - Ər arvadını tövlədə çəkiclə öldürdü - Məhkəmə

Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Piriyev arvadı Sülhiyyəni öldürməyə cəhd edib.

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, İlqar 4 iyun 2019-cu il tarixdə saat 8 radələrində 2008-ci ildən rəsmi nikahda olduğu arvadı Sülhiyyə ilə birlikdə yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki evin həyətyanı sahəsində olan tövlədə iş görüb.

Sülhiyyə ona Bakı şəhərindəki "Sədərək" Ticarət Mərkəzinə getmək istədiyini bildirib. İlqar onun bu istəyinə etiraz edib.

Buna baxmayaraq, Sülhiyyə ərinin qadağasına məhəl qoymayıb və mütləq "Sədərək"ə gedəcəyini təkidlə bildirib. İlqar arvadının bu hərəkətlərindən qəzəblənib. Əlində olan çəkiclə arvadının baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Daha sonra Sülhiyyənin ölmədiyini görüb və hər iki əli ilə onun boğazından tutaraq boğub.

Huşsuz vəziyyətdə olan Sülhiyyənin öldüyünü güman edən İlqar sürüyərək onu tövlədən çıxarıb və həyətə atıb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Sülhiyyə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan İlqarın müdafiəçisi Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib. Müdafiəçi şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, İlqarın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Apelyasiya şikayəti təmin olunmayıb.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - VİDEO

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub. Sfera.az Rusiya mediasına istinadla xəbər ve...

Əli Heydərov niyə öldürüldü? - İki versiya

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan "Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib. ...

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirildi

Azərbaycanlı "qanuni oğru” Əli Heydərov Moskvada qətlə yetirilib. Sfera.az-ın xəbərinə görə, "Albert Rıjiy” ləqəbi ilə tanınan kriminal avtoriteti fitnes ...

DİN-dən açıqlama - 16 yaşlı əqli zəifliyi olan qızın cinsi istismarında polisin əli olub?

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məru...

Şəmkirdə AİLƏ DRAMI: Dayı azyaşlı bacısı qızını illərlə zorlayıb – ŞOK FAKTLAR

Bir neçə ay əvvəl Şəmkir rayonunun Yeniabad kəndində 1986-cı il təvəllüdlü Ədalət Cəbrayılovun illər ərzində bacısının qızı A.C-ni zorlaması faktı üzə çıxıb. ...

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Sfera.az xəb...