Sayğaclar artıq pul yazır? – "Faktlarla sübut etmişdim ki..."

Sayğaclar artıq pul yazır? –
Son zamanlar əhalinin elektrik enerjisi ilə təminatı ilə bağlı şikayətlər artır. Şikayətlərdən biri də elektrik cihazlarının az enerji sərf etmələrinə rəğmən "ağıllı sayğac"ların daha çox pul yazmasıdır.

İddialara görə, sayğac texniki səbəbdən və ya məqsədyönlü şəkildə sərfiyyatı düz hesablamır. Rəsmi qurumlar isə bu qəbildən olan iddiaları bir qayda olaraq təkzib edir.
 
Bəs, haqlı tərəfi necə müəyyən etməli? Günahkar kimdir – istehlakçı, yoxsa müvafiq dövlət qurumu?

Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli Sfera.az-a açıqlamasında qeyd edib ki, əgər nəzarətedici orqanla icraedici orqan eynidirsə, yəni vətəndaş hüququnu müdafiə etmək üçün müstəqil laboratoriyalara müraciət etmək imkanlarından məhduddursa, problemlər hər zaman aktual olacaq:

"Ötən il də faktlarla sübut etmişdim ki, müxtəlif aylarda elektrik sərfiyyatının bir neçə dəfə çox olmasını təkcə havanın temperaturu ilə əlaqələndirmək olmaz. Azərbaycan vətəndaşının hər hansı quruma müraciət edib, sayğacların düzgün və ya səhv yazdığını sübut etmək imkanı yoxdur - istər qaz, istər su, istərsə də elektrik sayğacları olsun. Belə bir şəraitin olmaması təbii ki, müxtəlif söz-söhbətlərə səbəb olur. Yəni, bu qurumlara ümumi etimad yoxdur. Problem ondadır ki, həmin qurumlar illər boyu dövlət vəsaitini səmərəsiz xərcləyiblər. Qurumun rəhbərləri haqda jurnalist araşdırmaları var, korrupsiya hüquqpozmaları mövcuddur. Ancaq həmin məmurlar yenə də həm iş başındadırlar, həm də istehlakçının hüququnu pozmaqda davam edirlər. Köklü səbəblər ümumi korrupsiya, etimadsızlıqdır”.

Müsahibimiz bildirib ki, iqtisadiyyatda, idarəetmədə ən pis böhran elə etimadsızlıq böhranıdır:
 
"Azərbaycan cəmiyyətində etimadsızlıq böhranı mövcuddur və bu, iqtisadi böhranlardan daha təhlükəli, uzunmüddətlidir. Onu aradan qaldırmaq hətta onillər ərzində mümkün olmur. İdarəetmə tam şəffaf olmalı, vətəndaşın problemlərinə normal yanaşılmalı, müstəqil azad məhkəmələri olmalıdır. Çünki vətəndaş hər hansı hüququnun müdafiəsi üçün məhkəmələrə üz tutsa da, onlar həmin dövlət şirkətlərinin, qurumlarının tərəfini tutur. Müstəqil qeyri-hökumət təşkilatları, jurnalist təşkilatları olsaydı, vətəndaş da haqlı olduğunu sübut etməyə daha çox imkan tapardı. Hesab edirəm ki, istənilən halda vətəndaş haqlıdır”.

Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bolt" sürücüləri Bakıda etiraz aksiyası keçirdi – “Xəzər” Tv-nin qarşısına toplaşdılar + FOTO

"Bolt" şirkəti ilə əməkdaşlıq edən taksi sürücüləri bu gün Bakıda etiraz aksiyası keçirib. Sfera.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə,...

Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”

"Uzun zamandan sonra Rusiya Müdafiə Nazirliyi fərqli bir xəritə yayımlayıb. Bu xəritədə "Dağlıq Qarabağ" sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib...

Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?

"Azərbaycanda ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtah...

“Qəddafini də, Səddamı da bu sözlərinə görə...” – Politoloqdan “Ərdoğan ehtiyatlı olmalıdır” açıqlaması

"Ərdoğan ilk dəfə deyil ki, iddialı təkliflər irəli sürür. Xüsusilə onun "BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü küncə sıxışdırmalıyıq” ifadəsi "dünya...

Naxçıvanın keçmiş daxili işlər naziri 9 milyon manat rüşvət alıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub. "Report”un əldə etdiyi məlumata görə, ...

İlham Əliyev şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar...