No Image
No Image

Saxta vaksin sənədi bu xəstəxanalarda verilirmiş: 12 nəfər işdən çıxarıldı - RƏSMİ

Saxta vaksin sənədi bu xəstəxanalarda verilirmiş: 12 nəfər işdən çıxarıldı - RƏSMİ
Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb.
 
Yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilmişdir.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir.

Qeyd olunmalıdır ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Əzizə Zeynal 
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb. Sfera.az xəbər ver...

Lerikdə qadını öldürən molla onun qonşusu olub - Zorlamaq istəyib

Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib. Sfera.az xəbər verir ki, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 ...

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - VİDEO

Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.   Sfera.az xəbər verir ki, hadisənin Lənkəran rayo...

Əli Heydərovun qətlinin TƏFƏRRÜATI: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən "Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna ...

Saxta vaksin sənədi bu xəstəxanalarda verilirmiş: 12 nəfər işdən çıxarıldı - RƏSMİ

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə ...

Azərbaycanlı ailə ABŞ-da hökuməti aldadaraq 7.4 milyon dolları necə ələ keçirdi? – Təfərrüat

Azərbaycanlı ailə ABŞ-da dələduzluq edib. Sfera.az xəbər verir ki, Ohayo ştatında yaşayan 6 nəfərlik ailə saxta əkinçilik müəssisəsi yaradaraq hökumətdə...