Şarl Mişel vasitəçi ola bilər, moderator yenə Putindir - ŞƏRH

Şarl Mişel vasitəçi ola bilər, moderator yenə Putindir - ŞƏRH
Uzun fasilədən sonra, dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gələcək. Azərbaycan və Ermənistan liderlərinin gec-tez görüşəcəyi bəlli idi. Xüsusilə noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bir müddətdir Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edirdi.

Gözlənildiyi kimi, görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacağı açıqlandı. İndiki halda görüşlə bağlı iki maraqlı məqam var:

1. Görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsi;

2. Görüşün Rusiya Prezidenti Vladimir Putinin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsi;

Prinsip etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir. Əvvəla, ona görə ki, Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmasını, bu yolla bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək edəcək.
 
Görünür, Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
 
Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər. Görünür, Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında Paşinyanın mövqeyini müəyyənləşdirməyə çalışıb. Ehtimal ki, Kreml rəhbəri buna nail olub. Azərcbayn gədikdə isə, rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə, yoxsa Brusseldə keçirilməsinin ya da vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni 10 noyabr bəyanatının qeyd-şərtsiz icra edilməsidir.
 
Düşünürəm, Putinin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gəlməsinə göz yumasının 2 səbəbi var:

Birincisi, Putin bu yolla başda Ermənistan olmaqla, Aİ-na göstərmək istəyir ki, Kreml istənilən kənar gücün tərəflər arasında vasitəçilik etməsinə, mövcud problemi həll etməsinə verəcəyi töhfələrə razıdır. Təbii ki, bunu bacara bilsələr. Reallıq ondan ibarətdir ki, Kreml vasitəçiliyi olmadan indiki halda Aİ çətin ki, Ermənistan və Azərbaycan arasında gərginliyi həll edə bilsin. Çünki Kremlin prosesə yanaşması, Zəngəzur dəhlizi ilə bağlı təklifləri Bakı üçün məqbuldur. Brusselin edəcəyi təklif isə çox güman ki, 27 il ərzində ATƏT-in Minsk Qrupunun təkliflərindən fərqlənməyəcək. Bu mənada dekabrın 15-də Brusseldə keçiriləcək görüşdə Bakı və İrəvanın bu və ya başqa formada ortaq məxrəcə gələcəyini düşünmürəm.

İkincisi, bu görüşün Brusseldə keçirilməsi həm də Putinə Ermənistandakı qərbpərəstlərin gücünü azaltmaq baxımından vacibdir. Çünki dekabrın 15-də Brüsseldə keçiriləcək görüş nəticəsiz olsa və bu görüş sonrası Kreml yenidən üçtərəfli görüş keçirib nəyəsə nail olsa, bu həm Aİ nüfuzuna zərbə vuracaq, həm də Kreml faktorunun əhəmiyyətini artıracaq. Bu mənada deyə bilərik ki, Brusseldə baş tutacaq və ehtimal ki, uğursuzluqla nəticələnən görüş sonrası 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü və Prezident İlham Əliyev və Paşinyanın razılığı ilə Soçidə və ya Moskvada görüş keçirəcək. Ehtimal ki, elə həmin görüşdə də Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən yeni bəyanat imzalanacaq.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...