Sarkisyanın “1064 əsir” açıqlaması nəyə xidmət edir? – “Bunu seçkiyə günlər qalmış deməsi...”

Sarkisyanın “1064 əsir” açıqlaması nəyə xidmət edir? – “Bunu seçkiyə günlər qalmış deməsi...”
"Ermənistanın keçmiş prezidentinin belə bir açıqlaması Nikol Paşinyanı seçicilər qarşısında nüfuzdan salmağa hesablanmış addımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında cari ilin aprelində parlamentdəki çıxışında baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 321 erməni hərbçisinin itkin düşdüyünü deməsinə rəğmən, keçmiş prezident Serj Sarkisyanın bu rəqəmin 1064 olduğunu bəyan etməsinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən, politoloq Natiq Miri deyib: 
 
"Sarkisyanın bu açıqlmasının nə dərəcədə doğru, yaxud dezinformasiya olduğunu bilmirik. Ancaq məqsədi bəllidir.  Məqsəd isə seçkiyə bir neçə gün qalmış ictimai rəydə Nikol Paşinyanın mövqeyinə ciddi zərbə vurmaqdan ibarətdir”.
 
Politoloqa görə, Sarkisyana bu rəqəmi sabiq baş qərargah rəisi Onik Qasparyan çatdırıb: "Paşinyanın vəzifədən azad etdiyi sabiq baş qərargah rəisi məhz Serj Sarkisyanın adamı olub. Bu, artıq təsdiq olundu. Düşünürəm ki, bu cür dəqiq informasiyanı məhz sabiq baş qərargah rəisi Sarkisyana ötürüb. O da həmin məlumatı bu günə qədər saxlayıb, seçkiyə bir neçə gün qalmış dövriyyəyə buraxıb. Məqsəd də Paşinyanın növbəti dəfə hakimyyətə yiyələnməsinə əngəl olmaqdır”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR