Samuxda ferma sahibini öldürən çoban tutuldu

Samuxda ferma sahibini öldürən çoban tutuldu
İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilmiş, Arzu Abdullayev aldığı xcxəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Samux rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev orada çoban işləyirmiş.


OXŞAR XƏBƏRLƏR

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...