Samux İH başçısının kürəkənindən hədə: “Biz respublikada 3 nəfərdən biriyik...” - ŞİKAYƏT

Samux İH başçısının kürəkənindən hədə: “Biz respublikada 3 nəfərdən biriyik...” - ŞİKAYƏT
 Samux rayon İH başçısı Alı Qocayevin kürəkəni dələduzluqda ittiham olunur.

Bu barədə qaynarinfo-ya açıqlamasında Məhəd Musa oğlu Həsənov məlumat verib. 

Onun sözlərinə görə, Alı Qocayevin qızının həyat yoldaşı, "Şell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Nəsib Şamilov onunn 60 min manatını qaytarmaq istəmir:

"Nəsib Şamilov mənim kirvəmdir. 2017-ci ildə biz onunla birlikdə ortaq iş qurduq. Araz adlı bir sahibkardan icarəyə 4 mərtəbəli bina götürdük və ofis bütünlüklə mənim adıma sənədləşdirildi. 2018-ci ilin sentyabrında təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik məndə qalmaq şərti ilə qazancın 70%-i onun, 30 %-i mənim olmalı idi. Onun idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Biz işə başlar-başlamaz Nəsib Şamilovla aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nəsib Şamilovun istəkləri oldu. Onun tələblərindən biri həyat yoldaşının idarəçilikdə təmsil və yaxın qohumlarının işlə təmin olunması idi”.

Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan Nəsib Şamilovun həyat yoldaşı və qohumları şirkətdə işlə təmin olunub:

"Mən rayona istirahətə getmişdim. Orada olduğum müddətdə obyekt sahibi telefon edib aramızdaki müqaviləyə xitam veriləcəyini bildirdi. Gələndə bunlar hədə-qorxular gəlməyə başladılar. Nəsib Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin kürəkənidir. Ona güvənirlər. Hər dəfə mübahisə düşəndə "bilirsən də biz kimik” deyə işarə verirdilər. Dedim ki, mənə çatacaq məbləğ var, onu qaytarın sonra. Söz verdilər ki, müqaviləyə xitam ver, sənə çatacaq 60 min manatı qaytaracağıq. Bunlar arxalarına və pullarının gücünə güvənərək, obyekt sahibindən xitam verilməyən müqavilənin üzərindən yenidən müqavilə bağladılar. Ondan sonra isə mənə hədə-qorxu gələrək, mənimlə olan müqaviləyə də xitam verirlər. Bu məsələdə mən tək deyiləm, Nəsib Şamilov məndən əlavə də bir neçə adama belə "atıb”.

Məhəd Həsənovun sözlərinə görə, Nəsib Şamilovun hərəkətləri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə rəsmi şəkildə məktub ünvanlayıb:

"Dəfələrlə məktub yazmışam. Həm evinə, həm də icra hakimiyyətinə. Nəsibə də mesajlar göndərmişəm. Amma mənə heç bir cavab vermirlər. Üstəlik deyirlər ki, "get kimə istəyirsən şikayət elə, biz resublikada 3 nəfərdən biriyik”. Bu nə deməkdir? Bunlar kimə güvənir? Onlar həm də yaxın qohumları və sabiq Baş prokurorun müavinlərindən biri Mehman Qocayevə güvənirdilər. Məsələdən Mehman Qocayev də xəbərdardır. Bu, dələduzluqdan başqa bir şey deyil. Bir ildən yuxarıdır ki, mən onlardan bu pulu ala bilmirəm. Qərara almışam ki, məsələ ilə bağlı ölkə başçısına və ölkənin I vitse-prezidenti xanımı Mehriban Əliyevaya şikayət edəm”.

OXŞAR XƏBƏRLƏR

Polad Həşimovun yaşadığı binada təmir işləri aparılır - FOTOLAR

  Şəhid general-mayor Polad Həşimovun yaşadığı binada təmir işləri görülür.  Sfera.az xəbər verir ki, Sumqayıt şəhəri "on üçüncü mikrorayon” ər...

Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - FOTO

 Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində...

Sumqayıt polisi çimərliklərdə reyd keçirir - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisind...

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

 Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin...

Azərbaycanda COVID-19-dan daha 360 nəfər sağaldı, 5 nəfər vəfat etdi - FOTO

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.&...

Nazir DYP-nin rəisini işdən çıxardı - FOTO

  Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi həyata keçirilib. Sfera.az  xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə,...