No Image
No Image

Şamaxı Rəsədxanasından Mars AÇIQLAMASI

Şamaxı Rəsədxanasından Mars AÇIQLAMASI
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə aparat göndərilməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, bununla bağlı "report”a açıqlama verən rəsədxananın direktoru Namiq Cəlilov bildirib ki, sözügedən aparatın Marsa enişini rəsədxana tərəfindən izləmək mümkün olmayıb.

"Bizdə Marsın, eləcə də böyük planetlərin fizikası ilə məşğul olanlar var. Amma NASA ilə birbaşa əlaqəmiz yoxdur. Teleskopdan Marsa baxsaq da, onu görə bilmərik. Çünki o, planetin səthinə endirilən çox kiçik bir cisimdir”, - direktor bildirib.

N.Cəlilov NASA-nın Marsa aparat göndərdiyi ilə bağlı məlumatı ötən gün internetdən əldə etdiyini bildirib. Sözügedən aparatın Marsa enişinin səbəblərindən danışan direktor artıq bu istiqamətdə planetə daha əvvəllər də bir neçə aparatın eniş etdiyini qeyd edib:

"Mars bizim qonşu planetimizdir. Belə bir fərziyyə var ki, nə vaxtsa Marsda həyat mövcud olub və Yerə də gəliş oradan başlayıb. Amma, təbii ki, bunlar fərziyyədir.

Buna baxmayaraq, fərziyyə olsa da, onun izlərini axtarmaq istiqamətində həmin konsepsiyanın doğruluğunu yoxlamaq üçün artıq bir neçə dəfə Marsa aparat endirilib.

Orada süxurun, mineralların, atmosferin tərkibi, əsas kimyəvi elementləri, yerin maksimum dərinlikdə qazılması nəticəsində onun paylanma qanunları öyrənilir.

Çünki elə minerallar var ki, onları tapıb Yerə gətirməklə yaşını müəyyən etmək, maqnit sahəsinin olub-olmadığını müəyyənləşdirmək mümkündür. Marsda həyat o zaman mümkün olar ki, onun maqnit sahəsi mövcud olsun.

Bu da atmosferin olması deməkdir. Çünki atmosfer olmasa, həyat ola bilməz. Atmosferin də olması üçün maqnit sahəsinin mövcudluğu mütləqdir. Hazırda maqnit sahəsi yoxa çıxıb. Niyə çıxıb ? – Bax, bu araşdırılır”.

N.Cəlilov Mars planetində insanın yaşamasını təsəvvür edə bilmədiyini vurğulayıb:

"İndiki Mars planetində yaşamaq qeyri-mümkündür. Çünki orada maqnit sahəsi nə vaxtsa olub, amma bilinməyən səbəblərdən yoxa çıxıb. Bundan sonra da atmosfer yoxa çıxıb. Atmosfer yoxdursa, orada yaşamaq olmaz.

Marsda yalnız qapalı, örtülü və izolyasiya şəraitində yaşamaq olar. Çünki orada kosmik şüalanmanın çox güclü təsir sahəsi var. Ona görə də Mars kənardan kosmik şüalanmadan heç cürə müdafiə olunmur. Ona görə də orada insanın yaşamasını təsəvvür edə bilmirəm”.

Azərbaycanın Marsda həyat izlərini öyrənmək üçün planetə aparat göndərməsinin mümkün olub-olmamasından danışan direktor bildirib ki, bu, çox yüksək maliyyə dəstəyi tələb edir:

"Əlbəttə, bizim də kosmik sənaye planımız var. Plana əsasən, təkcə kommunikasiya peykləri deyil, həmçinin gələcəkdə nano peyklərin, kiçik süni peyklərin, elmi-tədqiqat peyklərinin harasa göndərilməsi mümkündür. Təbii ki, bu, bizim də arzumuzdur”.

Qeyd edək ki, NASA Mars planetinə "Atlas V” raketi vasitəsilə göndərdiyi "Perseverance” adlı aparat qırmızı planetə eniş edib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir. Aparat Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İşlənmiş elektrik batareyaları necə utilizasiya edilməlidir? - FOTO

Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri ekoloji problemlər və onların törətdiyi fəsadlardır. Ekoloji problemlərin yaranma səbəbləri olduqca geniş...

"LinkedIn" istifadəçilərinin məlumatları ələ keçirildi - Kiber hücumlar olacaq

"Ötən həftə ortaya çıxan "Facebook" məlumatlarından sonra 740 Milyon istifadəçisi olan "LinkedIn" platformasından 500 Milyon istifadəçinin məlumatı hakerlər tər...

Mükəmməl mərc şirkəti 1xBet - Qeydiyyatdan keç və qazan

Mükəmməl mərc şirkəti 1xBet bir çox cəhətdən bazar lideri hesab olunur. İndi bir çox fərqli əyləncə növünə və səxavətli bir promosyon kampaniyasına sahib olan ç...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

Tvitter ötən il əldə etdiyi gəliri AÇIQLADI

Eyniadlı sosial şəbəkəyə sahib olan "Twitter” şirkətinin ötən il əldə etdiyi gəlir açıqlanıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 202...

"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır. ...