No Image

Salyanda qara maskalı manyaklar peyda oldu — Sakinlər qorxu içində + VİDEO

Salyanda qara maskalı manyaklar peyda oldu — Sakinlər qorxu içində + VİDEO
 

Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxs əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar.

Sfera.az  xəbər verir ki, ARB məsələ ilə bağlı geniş süjet hazırlayıb.

"60 ildir, bu kənddə yaşayıram, 80 yaşım var. Mən bu qədər qorxu ilə yaşamamışam. Bir də görürsən gəldi, itlərim hürüşür, çıxıram çölə, görürəm hündür, ayaq nə boyda.

Neçə dəfə qovulub, şiferin üstündə gəzib narahat edir nəvəmi-nəticəmi, körpə uşaqlarımı. Yaşaya bilmirik. Qorxu içində yaşayırıq”, - deyə kənd sakini Güldəstə Əzizova bildirib.

Kənd sakini Pərvanə Qaçayeva da hadisəni belə xatırlayır: "Gecə uşağım gəlib bura. Görüb ki, qara maskalı adam, papağı da var. Uşağımın üstünə hücum çəkib, armatur qaldırıb. Həyətdə uşaq olub, qışqırıb. Uşağımın səsi batıb”.

Artıq bir həftədir ki, Xıdırlı kəndinin camaatı axşam saat 8-dən sonra yuxu görməsə də, onlara yuxu kimi görünən hadisənin şahidi olur. Səhərədək qorxudan evində otura bilməyən sakinlər küçələrə axışırlar.

Həyəcan içində olan insanların kimisi dəyənək, kimisi ot yabası, kimisi isə bellə qaranlıq dalanları axtarır. Naməlum varlıqları görənlər qışqıraraq sakinləri səsləyirlər.

Axtarışlar məhz bundan sonra intensivləşir. Sakinlərin bir qismi isə manyakları tutmaq üçün kəndin müxtəlif yerlərində pusqu quraraq gizlənir. Bir sözlə, Xıdırlı kəndi səhərədək adrenalin dolu gecə yaşayır.

Məsələdən xəbərdar olan rayon icra nümayəndələri də axşam saatlarında kəndə gedərək sakinlərlə görüşüb. Əraziyə artıq polis əməkdaşları da cəlb edilib.


 


OXŞAR XƏBƏRLƏR

Moped və motosiklet sürücülərinə XƏBƏRDARLIQ EDİLDİ

 Son vaxtlar əksər insanlar moped və motosiklet sürücülərindən şikayət edir. Belə ki, sürücülər tıxaclarda təhlükəli manevrlər edir, qaydaları bəzən kobud ...

Bakıda dəhşətli hadisə: Qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO

  Bakıda ahıl qadın intihar edib. Sfera.az  xəbər verir ki, hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb. Rayonun Sarayevo...

Azərbaycanda həbsxanada yanğın - VİDEO

    Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində yanğın baş verib.  Yanğının 10 saylı cəzaçəkmə müəssisəsində hansı səbəbdən baş verməsi...

Azərbaycanda müğənni döyüldü - VİDEO

 Müğənni Elnar Xəlilov döyülüb.     Sfera.az xəbər verir ki, o, bu haqda "Space" telekanalında yayımlanan "Gəl, dərdini danış" proqramında dey...

"Sədərək" və "Binə" gizli fəaliyyət göstərirmiş - VİDEO

  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, ölkədə yayılmış koronavirus infeksiyasının qarşısını almaq məqsəd...

Kənd müəmmalı şəkildə yanır: 10 min nəfər... - VİDEO

  Şəmkirdə yanğın baş verib. Sfera.az-ın   məlumatına görə, hadisə gecə saatlarında rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini ...