Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

Sən demə, bəzi super faydalı qida məhsulları eyni anda iki funksiyanı yerinə yetirir. Onlar təkcə zahiri görünüşə müsbət təsir etmir, həm də arıqlamağa kömək edir.

Sfera.az qafqazinfo-ya istinadən həmin qida məhsullarını təqdim edir:

Meyvələr. Siz həmişə rasionunuza alma və ya üzüm salxımı daxil edə bilərsiniz. Onlar aclıq spazmlarını aradan qaldıracaq. Qida lifləri ilə zəngin olan alma və üzüm hətta şirniyyat həvəskarları üçün də uyğundur. Qreyfrut da yaxşı seçimdir. Lif və vitaminlərlə zəngin məhsul aşağı kalorisi ilə seçilir.

Qoz. Əsas yeməklərin arasında aclıq hissi yarandıqda bir ovuc qoz yeyin. Badam arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onun tərkibində liflər, zülal və sağlam yağlar var. O, orqanizmdə toxluq hissini uzun müddət qoruyub saxlayır.

Bişmiş yumurta. İki ədəd qaynadılmış yumurta uzun müddət toxluq hissi yaradır və çox yeməyə imkan vermir. Bu, artıq çəki ilə mübarizədə ideal qidadır.  

 

Yoqurt. Bu məhsul kalsium və zülalla zəngindir. Daha çox fayda almaq üçün yoqurta sellülozla zəngin meyvə və giləmeyvələr əlavə edin. O, sizi doyduracaq və aclıq spazmlarının öhtəsindən gələcək. Yoqurtun kalorisi az olduğundan artıq çəki almayacaqsınız.

Popkorn. Onu hazırlayarkən içinə şit yağı və ya duz əlavə etməsəniz, o zaman bu məhsul artıq çəki ilə mübarizədə ideal ara yeməkdir.

Az yağlı pendir. Pendirin qida dəyərinin yüksək olması onun tərkibində olan az miqdarda yağdan asılıdır. Bu pendirin tərkibində çoxlu zülal, kalsium, vitamin və minerallar var. Bu, yaxşı görünmək və artıq çəki almaq istəməyənlər üçün əla seçimdir.

OXŞAR XƏBƏRLƏR

Xərçənglə mübarizə üsulu tapıldı - YENİ KƏŞF

ABŞ-ın Harvard Universitetinin alimləri bədxassəli şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə üsulunu tapıblar. Bu da onların müalicəsinin effektliyini...

İran alimləri zəfərandan xərçəng əleyhinə dərman hazırlayıb

 Bir qrup İran tədqiqatçısı nanotexnologiyadan istifadə edərək, zəfəranın aktiv tərkibli hissələrini əldə edərək xərçəngə qarşı dərman hazırlayıb. "N...

Hansı oyuncaqları qətiyyən almamalıyıq? - Psixoloqdan VACİB MƏSLƏHƏT

Uşağa çox oyuncaq almağın zərərləri varmı? Oyuncaq seçimində nələrə diqqət etməliyik? İndi bu cür suallar təəssüf ki, çox az valideyni düşündürür. Ha...

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz

  Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə...

Koronavirusa qarşı yapon həkimdən METOD – Virus sizə yaxın gəlməyəcək

Bu resepti əslində yapon alimi 2015-ci ildə qrip epidemiyası zamanı tövsiyə etmişdi və bütün rus informasiya mənbələrində yayılmışdı. Koronavirusun da virus mən...

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

 Çoxları bilmir ki, kividə C vitamini portağaldan iki qat yüksəkdir. Xoş rəng, xırtıldayan qara dənəciklər, şirəli, təravətli və turş ləti ağızda əriyir. T...