Şahid: "XİN-in köçürdüyü pulu nağdlaşdırıb Səlim Əlizadəyə borc verdim"

Şahid:
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

"Ofis aləmi" dəftərxana ləvazimatları şirkətinin rəhbəri Asif Ağayev ifadəsində S.Əlizadəni tanıdığını bildirib: "Bizdən bəzən ofis ləvazimatlarını nisyə götürürdü. Götürdüyü malların pulunu sonradan ödəyirdi. O, 2020-ci ildə bizim nazirliklə müqavilə bağlamağımızı istədi. Müqavilə bağlanandan sonra pulu köçürdülər. Səlim müəllim mənə dedi ki, tapşırıq icra etməlidir və ona pul lazımdı. Söylədi ki, şirkətinin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb ona borc kimi verdim. Nazirlik tərəfindən şirkətə 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pulu da illik mallar verəcəkdik. Səlim Əlizadə xahiş etdi ki, pulu nağdlaşdırıb ona borc olaraq verim. 42 min 841 manat pulu nağdlaşdırıb, ona borc olaraq verdim".
Məhkəmədə elan olunub ki, şahidin istintaq ifadəsi ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyətlər var.

Daha sonra onun istintaqa verdiyi ifadəsi elan olunub. A.Ağayev istintaqda söyləyib ki, tenderdə qalib olandan sonra XİN tərəfindən 68 min manat pul köçürülüb: "Ondan 18 min manatlıq avadanlıqlar verilib. Vergilər çıxılandan sonra yerdə qalan 42 min 841 manat pul nağdlaşdırılaraq nazirliyinin əməkdaşı S.Əlizadəyə verilib”.

Məhkəmədə digər şahid Ramil Hüseynov dindirilib. O bildirib ki, dayısı arvadının adına şirkət olub: "Mən özüm meyvə şirəsi satışıyla məşğulam. Sadəcə Salyanda dayım arvadı ağır xəstə idi. Mənim adımı şirkətə xəzinadar kimi yazmışdılar. İki dəfə bankdan pul götürmüşəm. Birinci dəfə 129 min və ikinci dəfə isə 97 min manat pul çıxardaraq Asifə vermişəm. Onun müqabilində isə bizə 2 500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərclənib. Bir müddət sonra şirkəti bağlatdırdıq".

Şahid Möhübbət Vəlişov isə ifadəsində qeyd edib ki, tanışı Rəsmiyyə Qazıyevə adlı qadın onun adına 5 MMC açıb: "Hər MMC-yə görə isə mənə ayda 100 manat verdi. Son vaxtlar isə pulu gecikdirdi və verməməyə başladılar. Sonradan şirkətləri geri aldım. Banka müraciət etdim ki, heç bir əməliyyat aparılmasın. Maraqlandım, şirkətlərin xeyli vergi borcu yaranıb. Hazırda şirkətlərin ümumilikdə 8 min manat vergi borcu qalıb".

Şahid qismində ifadə verən "Ofis Aləmi" MMC-də çalışan Sabbar Cəbrayılov söyləyib ki, işlədiyi şirkətlə Xarici İşlər Nazirliyi arasında müqavilə bağlanıb: "5 aya 18 min manatlıq mal vermişdik. Gecikmələr olurdu, ancaq etibar edirdik".

Proses sentyabrın 29-da davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
 
Report.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Cavid Sumqayıtlı niyə həbs olundu? - TƏFƏRRÜAT

Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.  Sfera.az  xəbər ve...

DİN - dən sumqayıtlı meyxanaçının həbsinə münasibət - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib. Sfera.az bildirir ki, DİN-in Mətbuat Xidmətin...

Baş prokurorluq Sənay Qəhrəmanlı haqqında MƏLUMAT YAYDI

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib k...

Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı – Səbəb

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb. Sfera.az xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb. ...

Eldar Həsənovdan YENİ XƏBƏR

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin...

Azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb. DİN-in Mətb...