Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır

Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır
 Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Bu barədə Sfera.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq, bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...