Sahib Nağıyevə yüksək vəzifə verildi

22:26 / 23.02.2021
4020
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.
Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənəd imzalanıb.
Sənədə əsasən, bu vəzifəyə Sahib Nağıyev Novruz oğlu təyinat alıb. Bununla da Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, S.Nağıyev 1966-cı ildə Gəncə şəhərində anadan olub. O, Yaxın Şərq ölkələri üzrə mütəxəssisdir.