\"Şahdağ\" Milli Parkında yanğın olub

\
 Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR