Azərbaycanlı modelin ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ

Azərbaycanlı modelin ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ
Gözəllik qurban tələb edirmi?
Bir neçə gün öncə azərbaycanlı model Leyla Oruclunun estetik əməliyyatdan sonra ölməsi xeyli müzakirələrə səbəb olub. Bəziləri liposaksiyanı yüngül əməliyyat hesab edərək, məhz bu əməliyyatdan ölümün mümkün olmadığını düşünür. Mövzunun aktuallığını nəzərə alaraq, Ailem.az saglamolun.az-a istinadən liposaksiyanın təhlükələri haqda yazını təqdim edir.
 
Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir.
Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.
Yeri gəlmişkən, internetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi. Lakin...
 
Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi, ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır. Liposaksiyanın bir neçə növü var - vakuum, ultrasəs və lazer liposaksiyası. Lakin növündən asılı olmayaraq, bu, cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.
Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu, əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır.
 
Arterial hipertenziya (yüksək təzyiq), qan laxtalanması sistemi xəstəlikləri, böyrək, qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilmir.
Əməliyyatdan əvvəl pasiyentin narkoza mümkün olan reaksiyası da nəzərə alınmalıdır.
Piyin miqdarı həddindən artıq çoxdursa, liposaksiya tətbiq edilmir. Bu zaman digər üsullardan istifadə olunur. Piyin miqdarı az olanda da liposaksiyaya ehtiyac yoxdur.
 
Əgər həkim sizə bütün artıq piyi birdən çıxartmağa söz verirsə, bu, sizdə şübhə yaratmalıdır. Bir əməliyyat zamanı 4-5 litr piy çıxarıla bilər. Bundan artıq olmaz. Bu, ağır nəticələrə (ağır qanaxma və s.) gətirib çıxarda bilər.
 
Liposaksiyanın ən ciddi riskləri arasında:
 
- narkozla bağlı olan risklər,
- qanaxma,
- kəskin böyrək çatışmazlığı,
- piy emboliyası (piy iri damara düşüb onu bağlaya bilər ki, nəticədə insan ölə bilər) və s.
 
Beləliklə, liposaksiya ciddi və kifayət qədər təhlükəli cərrahi müdaxilədir. Bu əməliyyata müraciət etdikdən əvvəl digər əməliyyatsız üsulları sınayın - pəhriz, idman, aparat kosmetologiya və s. Lakin əgər liposaksiya haqqında qəti qərar vermisinizsə, bunu yalnız və yalnız təcrübəli plastik və estetik cərraha etibar edin.(lent.az)

OXŞAR XƏBƏRLƏR

Ceyms Obrayn Azərbaycana başsağlığı verdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azə...

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının apar...

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imza...

Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...

Xorvatiya Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.aaz xəbər verir ki, bu barədə Prezid...

Emin Əmrullayev məktəb direktorları ilə görüşdü- FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev Bakının Nəsimi, Xətai, Qaradağ və Binəqədi rayonlarının məktəb direktorları ilə görüş keçirib.   Sfera.az xəbər ...

Fərruxov bu xəstəxanaya direktor təyin olundu

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat verib. ...