Hollandiyada genetik qarışıqlıq - Ögey bacı-qardaşların sayı sürətlə artır

Hollandiyada genetik qarışıqlıq - Ögey bacı-qardaşların sayı sürətlə artır

Hollandiyada 85 sperma donorunun hər birinin 25 və daha çox uşağın atası olması faktı ölkədə böyük rezonansa səbəb olub. Milli Ginekologiya və Mamaçalıq Təşkilatı (NVOG) tərəfindən təqdim olunan yeni məlumatlara əsasən, klinikaların onillərdir mövcud olan tənzimləmələri pozduğu məlum olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, NVOG-un apardığı araşdırmaya görə, bəzi klinikalar donor spermasını 25 dəfədən çox istifadə edib, bu proses zamanı nə donorların icazəsi alınıb, nə də lazımi sənədlər təqdim olunub.

 

Eyni zamanda, donorların bir neçə klinikada eyni anda sperma köçürülməsinə də imkan yaradılıb. Bu hallar, 1992-ci ildən qüvvədə olan və donorların maksimum 25 uşağa atalıq etməsinə icazə verən qanunun kobud şəkildə pozulduğunu göstərir.


NVOG nümayəndəsi, ginekoloq Marieke Şoonenberq məsələ ilə bağlı “Nieuwsuur” televiziya proqramına verdiyi açıqlamada, “Bu cür kütləvi donor halları tamamilə yolverilməzdir. Bütün peşə adından üzr istəyirik. Prosesləri düzgün aparmadıq”, – deyə bildirib.


Donor uşaqlarına atalarını tapmaqda kömək edən “Stichting Donorkind” təşkilatının rəhbəri Ties van der Meer isə bu vəziyyəti “tibbi fəlakət” adlandırıb. Onun sözlərinə görə, bu gün Hollandiyada 25 və daha çox ögey bacı-qardaşa sahib olan ən azı 3 min uşaq var. O, gələcəkdə bu uşaqların yaxın qohumları ilə münasibət qurma riski ilə qarşılaşa biləcəyini və bu səbəbdən cütlüklərin münasibətə başlamazdan əvvəl DNT testi etdirmək məcburiyyətində qalacağını deyib.


Qanunvericiliyə görə, 2018-ci ildən etibarən bu say 12 uşağa endirilsə də, bu qaydaları effektiv tətbiq edəcək milli donor və ana reyestri yalnız 2025-ci ilin aprelində tam işə salınıb.


Hollandiya Səhiyyə Nazirliyi hadisə ilə bağlı parlament üzvlərini bu həftə məlumatlandıracağını bildirib. NVOG isə bütün valideynləri, donorları və donor uşaqlarını məhsuldarlıq klinikaları ilə əlaqə saxlamağa çağırıb.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...