Uşaqlarınızda bu davranışlar varsa, təhlükəli oyunlar oynayır... - HƏYƏCAN TƏBİLİ!

Uşaqlarınızda bu davranışlar varsa, təhlükəli oyunlar oynayır... - HƏYƏCAN TƏBİLİ!

Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Yeniyetmə intihar etməzdən öncə məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. Ümumiyyətlə, belə oyunlarla tez-tez rastlaşırıq. Məsələn illər əvvəl uşaqlar arasında "Mavi balina" oyunu geniş yayılmışdı. Bu oyunda da uşaqlara qəribə tapşırıqlar verilir, sonda özlərini öldürmələri əmr olunurdu.. Valideynlər isə övladlarının təhlükəli oyunlara aludə olduğundan xəbərsiz idilər...

 

Belə oyunları oynayan uşaqlarda hansı hallar baş verir? Valideynlər uşaqlarının təhlükəli oyunlar oynayıb-oynamadıqlarını onlardakı hansı dəyişikliklərdən sezə bilərlər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, virtual oyunlar real emosiyalar üzərində tətbiq edildiyi üçün insan psixikasına təsiri mümkündür:

 

“Oyunlar insanları reallıqdan ayırıb başqa reallığa məruz qoyur. İnsanın düşüncəsi mühitə uyğunlaşdıqca alternativ düşüncələrin təsir imkanları zəifləyir. Uşaqlar davamlı olaraq oynadıqları oyuna uyğunlaşmağa başlayırlar. Real həyatda da emosiyalarını oyuna uyğun ifadə edirlər. Davamlı oyun oynamaq uşaqları aqressivləşdirir. Davranışları yaşına uyğun olmamağa başlayır. Sürətli şəkildə davranışlarında pozuntular yaranır. Uşaqlar ailəsində sağlam davranmırlar. Ailəsində sağlam davranışları olmayan uşaqlar sosial həyatlarında da sağlam münasibətlər qura bilmirlər”.

 

Psixoterapevt qeyd edib ki, uşaqlar yaşlarına uyğun oyun oynamalıdırlar:

 

“Valideynlər oyunun yaş uyğunluğuna diqqət etməlidirlər. Davamlı oyun oynamağa məhdudiyyətlər olmalıdır. Məhdudiyyətlərin formalaşması üçün uşaqla sağlam ünsiyyət qurulmalıdır. Körpəlikdən diqqət edilməlidir. Uşağı normal qidalanması üçün vasitə mobil telefon olmamalıdır. Valideynlər bəzən istəmədən uşaqları rəqəmsal dünyadan asılı hala salırlar. Valideynlər ilk olaraq əllərindəki telefonu və ya digər elektron cihazı kənara qoymağı bacarmalıdırlar. Uşaqlar nəyi görürlərsə, onu nümunə götürürlər. Valideyn əlində telefon tutub övladına telefonu qadağan edə bilməz”. 

 

R.Nəcəfov vurğulayıb ki, oyun asılılığı olan uşaqlar ixtisaslaşmış uşaq psixoloqlarına göstərilməlidir:

 

“Uşaq oyun oynadıqda və ya oynamadıqda aqressivləşirsə, psixi sağlamlıq mütəxəssisindən dəstək alınmalıdır. Valideynlər uşaqların yaşlarına uyğun davranışlarına diqqət etməlidirlər. Hansısa psixoloji halın nizamsızlığı müşahidə olunarsa, valideynlər bunun üstündən sakit keçməməlidirlər. Ailədə sağlam mühit formalaşdırmaq üçün valideynlər övladlarının yaşına uyğun onlara şəxsiyyət kimi yanaşmalıdırlar”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...