Bu xəstəlik payız-qış aylarında sürətlə YAYILIR - AÇIQLAMA

Bu xəstəlik payız-qış aylarında sürətlə YAYILIR - AÇIQLAMA

Payız-qış aylarında artan və yoluxucu olan qaşınma hər yaşda müşahidə edilə bilər. Dəri xəstəliyinin bir növü olan və 15-20 dəqiqə kimi qısa müddətdə yaxın təmasla insandan insana yayılan qaşınma, xüsusilə insanların sıx olduğu mühitlərdə daha sürətli yayılır.

 

Bəs qaşınmanı yaradan səbəblər nədir və ondan necə qorunmaq lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Aygün Mustafayeva bildirib ki, dünyada çox rast gəlinən və dəridə qaşınma və səpgilərə səbəb olan bu xəstəlik soyuq havalarda daha geniş yayılır.

 

“Qotur, Sarcoptes scabiei von hominis gənəsinin yaratdığı bir dəri xəstəliyi kimi tanınır. Gecələr daha sıx qaşınmaya səbəb olan bu xəstəlik müalicə edilmədikdə yara əmələ gəlməsinə səbəb olur. Şəxsi gigiyenadan asılı olmayaraq hər kəsdə qaşınma baş verə bilər. Qotur xəstəliyi ekoloji cəhətdən təmiz olmayan ərazilər və obyektlər vasitəsilə daha tez yayılır. Məktəblərdə və bağçalarda uşaqlar çox sıx təmasda olurlar və idman geyimlərini paylaşırlar. Mağazalardakı paltarlar, o paltarların uzun müddət insanların üzərində qalması, restoranlarda ortaq yerlərin istifadəsi kimi faktorlar xəstəliyin meydana gəlməsinə şərait yaradır. Ən çox görülən simptomu qaşınmadır. Bu qaşınmalar gecələr daha da pisləşir. Daha çox barmaq arası, qoltuqaltı, bel, omba, ayaq və topuq nahiyələrində olur. Qotur ilk yoluxduqda heç bir əlamət olmadan irəliləyir. Dəriyə daxil olduqdan təqribən 45-60 gün sonra simptomları üzə çıxır".

 

Həkim qeyd edib ki, yoluxmuş şəxslə eyni yataqda yatmaq, qucaqlaşmaq və yoluxmuş şəxsin şəxsi əşyalarını, paltarlarını, dəsmallarını və yataq dəstlərini istifadə etmək kimi hallar yoluxma riskini artırır.

 

“Qoturun müalicəsi üçün evdə istifadə edilən bəzi təbii üsullar var. Lakin bu üsullar müəyyən çətinliklər yarada bilər. Unutmaq olmaz ki, qoturun müalicəsi yalnız şikayəti olan şəxsin müalicəsi ilə kifayətlənmir. Fərdi olaraq tətbiq edilən və kifayət qədər elmi sübuta malik olmayan üsullar xəstəliyin ağırlaşmasına səbəb ola bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...