Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Son dövrlər cəmiyyətdə psixoloji gərginlik, stress və depressiya hallarının kəskin artımı müşahidə edilir.

 

Bəs bu nə ilə əlaqəlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, bu halların yaranmasının bir sıra səbəbləri mövcuddur.

 

“Bunlara mənəvi-psixoloji və sosial-iqtisadi səbəbləri misal göstərmək olar. Yəni müasirlik adı altında yad dəyərlərin təbliği, milli-mənəvi dəyərlərin çökdürülməsi halları var. Aqressiv hərəkətlər özünə qəsd, özünü alçaltma, özünü günahlandırma şəklində biruzə verə bilər. Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Bu adamlar psixi xəstəliklərə də meyillidirlər. İnsanlarda aqressiya digər heyvanlarda olduğu kimi, təbii olaraq təkamül yolu ilə inkişaf edən bir hadisədir. İnsanlardakı aqressiyanı heyvanlardan fərqləndirən ona səbəb olan duyğuların mürəkkəbliyidir. Eqoist, narsist insanların formalaşdırılmasında kinoların, uşaqlıqdan izlənilən cizgi filmlərinin, və kompyuter oyunlarının öz rolu var”.

 

Psixoloq qeyd edib ki, Azərbaycanda psixi xəstəliklərin artımı da çox yüksəkdir.

 

"İşsizlik, yoxsulluq və kasıbçılıq kimi məsələlər də insanlarda stress yaradan faktorlardandır. İnsanların münasibətlərində maddiyyatın önə keçməsi, mənəvi dəyərlərin arxa plana atılması, istər ailə daxilində, istərsə də dostluq münasibətlərində özünü büruzə verir”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüldü

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.   Sfera.az xəbər verir ki, prokurorluğun bəyanatında...

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsi...

Azərbaycan – Slovakiya matçının hakimləri MÜƏYYƏNLƏŞDİ

UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.   Sfera.az&...

Azərbaycanda 9 ayda orta illik inflyasiya 1,5 % olub - STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, iç...

"Media olaraq qarşımızda duran əsas məqsəd dəqiq və obyektiv prinsiplərə söykənməkdir" - Vüqar Zifəroğlu

"Siyasi sistemə qarşı qeyri-obyektiv, qərb dəyərləri kimi fikirlərdən, manipulyasiyadan istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır&q...

Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komit...