Azərbaycanda bu həkimlərin sayı KƏSKİN ARTDI - RƏSMİ
Sağlıq
17:20 / 30.08.2024
8331
Azərbaycanda uzun fasilədən sonra ilk dəfə olaraq 2023-cü ildə pediatr həkimlərin (uşaq həkimi) sayında artım qeydə alınıb.
Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, ötən il pediatrların sayı əvvəlki ilə nisbətən 376 nəfər artaraq 3 544-ə çatıb.
Xatırladaq ki, 2015-ci ildən başlayaraq Azərbaycanda pediatrların sayında azalma müşahidə edilirdi. Pediatrların sayı 2014-cü ildə 4 029 olduqdan sonra 2022-ci ildə 3 168-ə düşüb.
Azalma nəticəsində hər 10 000 uşağa düşən pediatr sayı 16-dan 12-yə enmişdi. 2023-cü ildə bu göstərici 13-ə yüksəlib. Son artıma baxmayaraq əvvəlki illərlə müqayisədə pediatrların sayı hələ də azdır.
Vasif