Bu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Bu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, bu il təkrar ali təhsilə qəbul olanların sayı ötən illə müqayisədə 48 faiz, son 5 illə müqayisədə isə 2,5 dəfə artaraq, 279 nəfər olub.

 

UNEC-də bu il qiyabi təhsil formasına təkrar ali təhsil üzrə qəbul olanların sayı Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul olanların sayından yüksək olub. 19 ixtisas üzrə aparılan qəbulda tələbələrin 28 faizi “Dövlət və bələdiyyə idarəetməsi”, 16 faizi “Maliyyə”, 12 faizi “İqtisadiyyat, 6 faizi “Mühasibat”, 31,5 faizi isə digər ixtisasları seçib.

 

Təkrar ali təhsilə qəbul olanların arasında yerli universitetlərlə yanaşı, xarici universitetlərin də məzunları yer alıb.

 

UNEC-in Zaqatala filialında isə təkrar ali təhsilə 8 ixtisas üzrə 19 tələbə qəbul olub.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...