Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT!


Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT!

Pnevmoniya ciddi bir xəstəlikdir. Ağciyərlərdə iltihab prosesinin inkişafı ilə təyin olunur. Uşaqlarda həmin xəstəlik çox vaxt tənəffüs sisteminin tam yetişməməsi, həmçinin bəlğəmi tam öskürə bilməməsi səbəbindən ağır gedişə malik olur.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

 

Onun sözlərinə görə, patoloji proses antibiotiklərin və simptomatik dərmanların məcburi təyin edilməsi, ağır hallarda isə uşağın xəstəxanaya yerləşdirilməsini tələb edir:

 

“Uşaqlarda pnevmoniya diaqnozunun çətinliyi ondadır ki, xəstəliyin ilk əlamətləri praktiki olaraq soyuqdəymə və ya qripin simptomlarından fərqlənmir. Belə ki, pnevmoniyanın bakterial formasının klinik mənzərəsini qripdən ayırmaq çətindir. Simptomlara üşütmə, qızdırma, artan tərləmə, öskürək, təngnəfəslik, ürək döyüntüsünün artması daxildir”.

 

İ.Axundova qeyd edib ki, valideynlər sətəlcəm və ya tənəffüs sisteminin digər patologiyalarının ən kiçik bir əlaməti olduqda dərhal uşaqları ilə həkimə müraciət etməlidirlər. Uşağın sətəlcəm olduğuna dair hər hansı bir şübhə varsa, bu, tibb müəssisəsinə müraciət etmək üçün ciddi bir meyardır. Vaxtında yardım olmadığı halda, xəstə uşaqda xroniki bronxopulmonar pozulmalar inkişaf edə bilər. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Prezident onlara VƏZİFƏ VERDİ - FOTO

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərə...

Alen Simonyan: "“Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"

“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.   Sfera.az Er...

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu KEÇİRİLİR

Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb.   Sfera.az xəbər verir ki, 23 ölkədən 80-dən çox azər...

Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı keçirildi - FOTO/VİDEO

Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festival...

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıy...

Mikayıl Cabbarov: “Yaşıl iqtisadiyyat”ın inkişafı ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb”

Azərbaycanda "yaşıl iqtisadiyyat”ın inkişafı, "yaşıl” layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasın...