Günəş eynəklərini seçərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA

Günəş eynəklərini seçərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA

Yay mövsümü başlayan kimi hər kəs günəş eynəklərindən istifadə edir. İnsanların əksəriyyəti günəş şüalarından qorunmaq üçün, bəziləri isə sadəcə aksessuar kimi günəş eynəyinə üstünlük verirlər. Aksessuar məqsədilə günəş eynəyi istifadə edən insanlar əsasən ucuz eynəklər alırlar.


Bəs gün eynəyi seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır?


Mövzu ilə bağlı Sfera.az-a danışan oftalmaloq Solmaz Əliyeva bildirib ki, günəş eynəyi seçərkən gözə zərər verməyən şüşəli eynəklərə üstünlük vermək lazımdır:


“Amma eynəklərin əksəriyyəti demək olar ki, plastikdən hazırlanır. Çünki onlar daha ucuz başa gəlir. Onlar ultrabənövşəyi şüaların gözə daxil olmasının qarşısını yaxşı ala bilmir. Keyfiyyətsiz eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olan əsas faktorlardandır.Günəş şüaları göz büllurunu bulandırır və kataraktaya meyllilik yaradır.Məhz bu baxımdan  günəşdən qoruyan şüşənin qoruyuculuq göstəriciləri yüksək olmalıdır. Eynəklərin üstündə qoruyuculuq spektri və linza göstəricisi olur. Həmin göstərici yüksək olarsa, deməli, eynəklər keyfiyyətlidir.Günəş şüalarına qarşı çox həssas olan insanlar tünd rəngli eynəklərdən istifadə etməlidir”.


Oftalmoloq qeyd edib ki, küçədə satılan eynəklərlə optik mağazalarda satılan eynəklər eyni deyil:

 

"Fərq keyfiyyətdə, eynəklərin dizaynında özünü göstərir. Optik mağazalarda satılan eynəklərin keyfiyyətini təsdiq edən pasportu və sertifikatı olur. Bunlar verilmədən eynək almaq məsləhət deyil. Orijinal gün eynəyinin pasportunda eynəyin gün və ultrabənövşəyi şüalardan neçə faiz qoruduğu göstərilməlidir. Pasportda qar, yağış və küləkdən də gözlərinizi qoruduğu barədə məlumat qeyd olunur".

 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Kiyevdə partlayış olub, 2 nəfər ölüb

Kiyevdə partlayış olub.   Sfera.az APA-ya istinadən bildirir ki, Qoloseevsk rayonunda avtomobil nəqliyyatı müəssisəsinin ərazisində baş verən partlay...

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Formula-1 üzrə "Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.   Sfera.az xəbər verir...

Azərbaycanda məşhur karate ustası HƏBS EDİLDİ

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.   Sfera.az xəbər veri ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Yasamal Rayon Polis İdarəsi tə...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.   Sfera.az icmalı təqdim edir:     ...

Külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az...

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin kömək...