Qadınların bu xəstəliyi xoşbəxt evliliklərin məhvinə SƏBƏBDİR - Həkim AÇIQLADI

Qadınların bu xəstəliyi xoşbəxt evliliklərin məhvinə SƏBƏBDİR - Həkim AÇIQLADI

Cinsi münasibətdən kişi və qadının zövq alması xoşbəxt evliliyin təməl daşıdır. Lakin vaginizm xəstəliyi xoşbəxt evliliklərdə müəyyən problemlər yaradır. Bu xəstəliyə tutulan qadınlar cinsi münasibətdən heç bir halda zövq almırlar.

 

Bəs bu xəstəlik nədən yaranır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Arzu Hacıyeva bildirib ki, xəstəliyin aktual səbəblərindən biri fobiyalardır.

 

“İkinci əsas səbəb isə nevrozluqdur. Fobiyaların müxtəlif növləri var. Məsələn, qızlar sevmədiyi insanla evləndikdə gələcəyi ilə bağlı qorxmağa başlayırlar. Bu qorxu xəstəliyin meydana gəlməsinə zəmin yaradır. Müşahidələr göstərir ki, əksər səbəblərdən biri də toy gecəsidir. Həmin günün düşüncəsi şüuraltı qorxunu formalaşdırır. Uşaq vaxtı olan travmalar da bu xəstəliyin yaranmasına təsirsiz ötüşmür".

 

Arzu Hacıyeva qeyd edib ki, bu problemi həll etmək üçün yalnız ginekoloqa deyil, psixoloqa da müraciət etmək lazımdır.

 

“Bu xəstəliyin müalicəsi paralel aparılmalıdır. Düzgün seçilmiş müalicə metodu ilə xəstəliyə qalib gəlmək mümkündür. Sağalma müddəti travmadan asılı olaraq 2-5 günə və 2-3 aya qədər davam edə bilər. Bu, orqanizmdən və xəstəliyin əsas səbəbindən asılıdır. Bu xəstəlikdən qorunmaq üçün spirtli içkidən və siqaretdən uzaq durmaq lazımdır. Çünki onlar qan dövranının pozulmasına səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...