Beyin üçün ən faydalı qidalar - SİYAHI

Beyin üçün ən faydalı qidalar - SİYAHI

İnsan beyninin sağlamlığına təsir edən mühüm amillərdən biri də düzgün qidalanmadır. Alimlər düzgün qidalanmanın insan beyninin daha sağlam olmasına kömək etdiyini müəyyənləşdirib. 


Sfera.az “She Finds” jurnalına istinadən xəbər verir ki, beyin üçün ən faydalı qida çərəzlərdir. 


Jurnala danışan diyetoloq Nahid Əlinin sözlərinə görə, çərəzlərdən beyinə daha çox faydanı qoz, badam və keju fıstığı verir. 


Həkim Əli hesab edir ki, qoz beyin üçün ən faydalı qidadır:

 

“Bu unikal məhsul nevroloji və ürək-damar sağlamlığı üçün vacib olan alfa-linolenik turşu ilə zəngindir. Bu turşular bir növ Omeqa-3 yağı kimidir. Omeqa-3 beyin hüceyrələrinin membranlarının qurulmasında və sağalmasında əsas rol oynayır, yaddaşı və qavrama funksiyasını yaxşılaşdıran yeni sinir yolları yaradılmasına kömək edir. Bundan əlavə, qoz beyində qavramanı, konsentrasiyanı və əhval-ruhiyyənin tənzimlənməsini yaxşılaşdıran antioksidant polifenollarla zəngindir”. 


Həkim beyin üçün badamın da faydalı olduğunu qeyd edib. O bildirib ki, badam E vitamini ilə zəngindir. Həkimin sözlərinə görə, E vitamini beyinin stresslə mübarizə aparmasına kömək edir:

 

"E vitamini səviyyəsinin yüksək olması beyindəki neyronların plastikliyini və regenerasiyasını gücləndirir, daha aydın yaddaş və daha sürətli emal üçün yeni sinir əlaqələri yaradır. Üstəlik, badam beyin üçün yaxşı zülal və lif mənbəyidir”. 


N.Əli keju fıstığının beyinin sağlam vəziyyətdə qalmasında mühüm rolunun olduğunu bildirib. Onun bildirdiyinə görə keju fıstığı sink, maqnezium və mislə zəngindir. Bu da yaddaşın qorunmasına kömək edir.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...