Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.

 

Sfera.az xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.

 

"Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib.

 

Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır. (report)


OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.   Sfera.az-ın məlumatına görə, bu barədə müdaf...

BMT-nin Baş katibi: "Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir"

Yaxın Şərqdə sülhə gedən yeganə yol - İsrail və Fələstini dövlətinin yaradılmasından keçir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi A...

Mehriban Əliyevadan Zəngilan səfəri ilə bağlı PAYLAŞIM - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfəri ilə bağlı paylaşım edib.  ...

Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serge...

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub.   Sf...

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Sarıcallı kəndində 2040-cı ilədək 4 740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə m...