Xəyanət qadınların sağlamlığına necə təsir edir? – Həkim AÇIQLADI 

Xəyanət qadınların sağlamlığına necə təsir edir? – Həkim AÇIQLADI 

Xəyanət heç bir qadının üzləşmək istəmədiyi situasiyalardan biridir. Xəyanət yalnız insan psixologiyasina deyil, sağlamlığa da mənfi təsir göstərir. Xəyanətlə üzləşən qadınların əksəriyyəti kökəlir.

 

Sfera.az xəbər verir ki, bunu endokrinoloq Aytən Bağırova bildirib.

 

“Qadınlar xəyanət faktı ilə üzləşəndə yalnız kökəlirlər demək yanlış olar. Onlar arasında arıqlayanlar da olur. Həmin qadınlarda bir sıra hormonal problemler də yaranır. Söhbət xəyanətə uğrayıb stressə məruz qalan qadınlardan gedir”.

 

Həkim qeyd edib ki, bəzi qadınlar isə xəyanəti önəmsəmir.

 

“Xəyanəti önəmsəyən qadına isə ən çox təsir edən məqam sevdiyi kişinin başqa qadını arzulamasıdır. İnsan bir çox hallarda stressə düşə bilir. Amma onlar müvəqqəti stress olur. Amma xəyanət qadınlar tərəfindən unudulmur. Xroniki olaraq 1-2 il davam edən stress səbəbindən qanda kortizol yüksəlir. Bu da onların kökəlməsinə səbəb olur. Həmçinin evdar xanımların gün ərzində müəyyən qidaları tez-tez qəbul etməsi də onların kökəlməsinə səbəb olur. Gündə 1 saat müddətində 10000 addım atan insanların artıq çəki problemi olmur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR