Toyuq yumurtasının heç bilmədiyiniz FAYDALARI - Diyetoloq AÇIQLADI
Sağlıq
12:51 / 28.03.2024
8231
"Toyuq yumurtası yemək görmə qabiliyyətini qoruyur və gözləri mavi işığın zərərli təsirindən qoruyur".
Sfera.az xəbər verir ki, bunu diyetoloq Mara MakStey deyib.
Diyetoloq qeyd edib ki, yumurtanın tərkibindəki unikal maddələr - lutein və zeaksantin görmə qabiliyyətini qoruyur. Bundan əlavə, onun sözlərinə görə, yumurtanın tərkibində orqanizm üçün vacib olan xolin maddəsi də çox faydalıdır. Mütəxəssis bu maddənin beyin funksiyasını qorumaqda, yaddaşı, idrak qabiliyyətini və əhval-ruhiyyəni yaxşılaşdırmaqda mühüm rol oynadığını bildirib.
MakStey həmçinin əlavə edib ki, yumurtanın tərkibində çoxlu protein və 12-dən çox müxtəlif vitamin və mineral var.
İnci